Vəzifə öhdəlikləri:
- Şirkətin arxiv sənədlərinin qəbul edilməsi, sistemləşdirilməsi və saxlanılması
- Sənədlərin qanunvericiliyə və daxili prosedurlara uyğun arxivləşdirilməsi
- Arxiv sənədlərinin qorunmasının təmin edilməsi
- Zərurət yarandıqda sənədlərin axtarılıb tapılması və təqdim edilməsi
- Arxiv sənədlərinin müddətlərinə nəzarət (saxlama, məhv etmə və təhvil prosesi)
- Elektron və kağız daşıyıcılarda arxiv uçotunun aparılması
- Rəhbərliyin və aidiyyəti şöbələrin sorğularının icrası
Arxiv əməkdaşı üçün tələblər
- Arxiv və ya ümumi işlər strukturlarında iş təcrübəsi
- Ofis programlarında işləmə bacarığı
- Dəqiq və disiplinli olmaq
- Sənədlərlə işləmə bacarığı və diqqətlilik
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Nahar və korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı 750 AZN
- Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi,döngə9/21D
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.