Vəzifə öhdəlikləri
- Fasiləsiz istehsalat şəraitində mexaniki avadanlıqların təhlükəsiz və dayanıqlı istismarını təmin etmək
- Fasiləsiz rejimdə çalışan istehsalat xətləri və köməkçi mexaniki avadanlıqların texniki vəziyyətinə nəzarət etmək
- Mexaniki avadanlıqlar üzrə planlı texniki baxış, profilaktik xidmət və təmir işlərinin təşkili və icrasına rəhbərlik etmək
- Qəza və texniki nasazlıqlar zamanı operativ müdaxilə edərək istehsalatın minimum dayanma ilə davam etməsini təmin etmək
- Ehtiyat hissələrinin uçotu, ehtiyacın planlaşdırılması və səmərəli istifadəsinə nəzarət etmək
- Texniki təhlükəsizlik və SƏTƏM qaydalarına riayət olunmasını təmin etmək
- Avadanlıqların istismar müddətinin artırılması və texniki risklərin azaldılması üzrə təkliflər vermək
- Texniki sənədlərin, təmir qrafiklərinin və hesabatların hazırlanması
Namizədə tələblər:
- Ali təhsil (Mexanika mühəndisliyi və ya müvafiq sahə üzrə)
- Rus və ingilis dili biliklərinin olması üstünlükdür. (Avadanlıqların texniki sənədləri və sairə ilə əlaqədar olaraq)
- Fasiləsiz istehsalat mühitində mexaniki avadanlıqlar üzrə dərin biliklər
- AutoCAD proqramını üzrə biliklər – mütləqdir
- Ağır sənaye və ya fasiləsiz istehsalat müəssisələrində təcrübə üstünlükdür
- Müvafiq sahə üzrə 5–7 il iş təcrübəsi
İş şəraiti:
- Ünvan: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə
- 6 günlük iş həftəsi, tam iş günü;
- Mobil nömrə ilə təminat.
- Nahar şirkət tərəfindən qarşılanır.
Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Mövzu hissəsində “Baş Mexanik” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.