Baş Mexanik

  • Истекает 27 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

CAMAL LTD şirkəti dondurma istehsalı zavodunda mexaniki avadanlıqların fasiləsiz və səmərəli fəaliyyətini təmin etmək üçün təcrübəli Baş Mexanik axtarır.

Vəzifə öhdəlikləri

  • Dondurma istehsalı zavodunda istifadə olunan mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz istismarını təmin etmək;
  • Dondurma istehsalı, qarışdırma, homogenizasiya, pasterizasiya, dondurma və qablaşdırma xətlərinin mexaniki vəziyyətinə nəzarət etmək;
  • Soyutma və dondurma sistemlərinin, kompressorların, nasosların, reduktorların və digər mexaniki avadanlıqların texniki vəziyyətini izləmək;
  • İstehsalat avadanlıqlarının planlı texniki baxış, profilaktik xidmət və təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
  • Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək, operativ müdaxilə etmək və istehsalatda dayanma hallarını minimuma endirmək;
  • İstehsalat avadanlıqlarının texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
  • Ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək, onların uçotunu və səmərəli istifadəsini təmin etmək;
  • Mexaniki avadanlıqların istismar müddətinin artırılması və təmir xərclərinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;
  • İstehsalat avadanlıqlarının təmizlənməsi və yuyulması proseslərində istifadə olunan mexaniki sistemlərin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Texniki sənədləşməni, təmir hesabatlarını və avadanlıqların texniki xidmət tarixçəsini aparmaq;

Namizədə tələblər

  • Mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə 7–10 il iş təcrübəsi;
  • Qida istehsalı müəssisəsində, xüsusilə dondurma və ya süd məhsulları istehsalı sahəsində təcrübə üstünlükdür;
  • İstehsalat xətləri, soyutma sistemləri, kompressorlar, nasoslar və digər mexaniki avadanlıqlar üzrə biliklər;
  • Avadanlıqların texniki xidmət və təmir proseslərinin təşkili üzrə təcrübə;
  • AutoCAD proqramı üzrə biliklər və texniki sxemlərlə işləmək bacarığı mütləqdir;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4/21D, döngə
  • İş rejimi: 6 günlük iş həftəsi, tam iş günü
  • Mobil nömrə ilə təminat
  • Nahar şirkət tərəfindən qarşılanır.
  • Əmək haqqı - 3 500 AZN (razılaşma yolu ilə).

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Baş Mexanik” qeyd edilməlidir.

  • Daily0
  • Weekly250
  • Monthly2225