Horeca Satış meneceri

  • Истекает 18 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“CAMAL” LTD şirkəti HORECA satış istiqaməti üzrə Satış meneceri vəzifəsinə peşəkar və nəticəyönümlü namizəd axtarır.

Vəzifə öhdəlikləri

  • HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
  • Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq;
  • Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi;
  • Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək;
  • Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili;
  • Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək;
  • Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək;
  • Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək;
  • Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
  • Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək;
  • Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • HORECA, FMCG və ya satış sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Satış komandasının idarə olunması üzrə təcrübə;
  • HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Komanda idarəetməsi və liderlik bacarığı;
  • Analitik düşüncə və hesabatlarla işləmə bacarığı;
  • Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma;
  • MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı;
  • Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti;

İş şəraiti

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 2200 Azn + bonus
  • İş yeri: İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi,döngə 9/21D

Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış meneceri” yazmaqla müraciət edilir.

  • Daily0
  • Weekly635
  • Monthly1726