Əsas vəzifə və öhdəliklər:
- İclaslarda iştirak etmək və iclas protokolu hazırlamaq;Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə işi (zəruri materialların toplanılması, iştirakçıların tədbirin keçirimə vaxtı və yeri, gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirmək,
- İclasların və müşavirələrin protokollarını rəsmiləşdirmək;
- Protokol üzrə cavabdeh şəxslərin onlara tapşırılmış işləri vaxtında yerinə yetirməsinə nəzarət etmək və rəhbərliyi bu haqda məlumatlandırmaq;
- Rəhbərliyin tabeçilikdəki struktur bölmələrə verdiyi tapşırıqların reyesterini tərtib edir və icrasını nəzarətdə saxlamaq;
- Lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və hesabat hazırlamaq;
Tələblər:
- Ali təhsil
- Protokol, rəsmi məktubları yazmaq bacarığı,
- Sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- MS Office (Outlook, Word, Excel, PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilinin orfoqrafik qaydalarını mükəmməl şəkildə bilməli, İngilis və Rus dili arzuolunandır.
- 1C (8.3) üzrə biliklər arzuolunandır.
- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- Təhlil və tənqidi düşünmə qabiliyyəti, təşəbbüskarlıq, detallara diqqətli, ünsiyyət qurma, kollektiv mühitində, habelə intensiv rejimdə işləmək bacarıqları;
Əlavə məlumat:
- 6 günlük iş rejimi (tam iş günü)
- Əmək haqqı: 900 AZN (gross)
- AR qanunvericiliyinə əsasən sənədləşmə;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Maraqlanan namizədlər mövzu sətrində “İCLAS KATİBİ” qeyd etməklə CV lərinizi elektron ünvanına göndərə bilərlər.