Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti
Vəzifə öhdəlikləri
- Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etməli;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etməli;
- Marketinq strategiyasını hazırlamalı, konsepti formalaşdırmalı;
- Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməli;
- Marketinq planı və büdcəsini hazırlamalı;
- Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazıramalı, nəzarət etməli və təhlilinin aparmalıdır;
- Müştəri bazasını genişləndirməli;
- Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməli;
- Kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində rəhbərliyə hesabat hazırlanmalı;
Namizədə Tələblər:
- Rus dili əla, ingilis dili arzuolunandır.
- Minimal 2 illik marketinq və sosial media təcrübəsi;
- Adobe Photoshop, Adobe Premier, Adobe After Effect proqramları biliyi üstünlükdür;
- Videolarla işləmə bacarığı üstünlükdür
- Xanım namizədlərə üstünlük veriləcəkdir.
- Mütləq şəkildə qida sektorunda iş təcrübəsi olmalıdır.
Şərtlər:
- Həftənin 6 günü
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
- Bütün avadanlıqlarla təminat;
- Əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq.
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini qeyd edilmiş elektron poçt ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq meneceri” qeyd etmələri xahiş olunur.