Peşə və funksional öhdəliklər:
- Tikinti sahəsində müxtəlif fiziki və köməkçi işlərin yerinə yetirilməsi, tikinti materiallarının daşınması, boşaldılması, çeşidlənməsi və düzgün saxlanması.
- Beton və digər məhlulların hazırlanması, tökülməsi və daşınmasında iştirak, həmçinin hörgü və qəlib işlərində ustalara dəstək göstərilməsi.
- İş sahəsinin təmiz saxlanılması, tullantıların yığılması və daşınması, torpaq və söküntü işlərinin icrası.
- Müxtəlif tikinti materialları ilə (kərpic, blok, daş və s.) hörgü işlərində köməklik göstərmək;
- Hörgü işlərində yardım etmək: materialların gətirilməsi, məhlulun verilməsi, səthlərin təmizlənməsi və düzləndirilməsi işlərini icra etmək;
- Hörgü işlərində istifadə olunan alətlərin verilməsini təmin etmək;
- Əl alətləri və sadə mexaniki avadanlıqlarla işləmək, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
Namizədə dair tələblər:
- Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
- Fiziki cəhətdən sağlam və işə davamlı olmaq
- Komandada işləmək bacarığı
- Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
- Tikinti sahəsində işləmək istəyi və öyrənməyə açıq olmaq
- Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)
İş şəraiti:
- İş yeri: Bakı şəhəri üzrə müxtəlif layihələr (Nizami r., Zığ qəs., Lökbatan qəs.)
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: razılaşma yolu ilə (layihəyə və namizədin bilik və bacarığına görə təyin olunacaq)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.