Vəzifə öhdəlikləri:
- Sənədlərin, Cəmiyyətə daxil olan məhsul, material və avadanlıqların qüvvədə olan dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
- Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
- Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanmasına və prosesə nəzarət etmək;
- Tikintidə keyfiyyətə nəzarət sahəsi üzrə tikinti norma və standartlarının (SNİP, GOST, SP, ISO) icrasına nəzarət etmək;
- Tikintidə istifadə olunan materialların və texnologiyaların layihə sənədləri və təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini aparmaq;
- Cəmiyyətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək;
- Subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;
- Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyəti şəxslərə təqdim etmək və keyfiyyətə riayət olunmasına nəzarət etmək;
Namizədə tələblər:
- İnşaat və ya tikinti mühəndisliyi üzrə ali təhsil
- Tikinti sahəsində müvafiq vəzifə üzrə ən azı 5 il iş təcrübəsi
- Tikinti qaydaları və texniki normaları üzrə biliklər
- Çertyoj və layihə sənədləri ilə iş bacarığı
- Məsuliyyət və diqqətlilik
İş şəraiti:
- İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.