Capital Construction MMC Capital Construction MMC

Capital Construction MMC

Construction

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə mühəndis

  • Deadline 4 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifəsinin əmək funksiyaları

  • "Capital Construction" MMC-nin (bundan sonra mətn üzrə "Cəmiyyət" adlandırılacaq) bütün bölmə və fəaliyyət sahələrində əmək qanunvericiliyinin, əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyinin, qayda və normalarının, təlimatlarının, istehsalat sanitariya-gigiyenasının və eləcədə digər normativ sənədlərin tələblərinə riayət edilməsinə nəzarət etmək;
  • Cəmiyyətə yeni qəbul olunan işçilərin tutacaqları vəzifələrə peşə və bacarıq baxımından uyğunluğunu qiymətləndirmək, bu barədə müvafiq rəy vermək, hər bir peşə üzrə texniki təhlükəsizlik qaydalarına dair ilkin təlimatların verilməsini təmin etmək, həmçinin istehsalat təcrübəsi keçən tələbələrə və peşə-ixtisas məktəbi şagirdlərinə texniki təhlükəsizlik üzrə təlimatların verilməsini təmin etmək; 
  • Subpodratçıların xidmətlərin icrası zamanı əmək qanunvericiliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə normativ hüquqi aktlara, qayda və təlimatlara, istehsalat sanitariya-gigiyena tələblərinə riayət etmələrini təmin etmək və onların bu nəzarəti həyata keçirməsini təşkil etmək; həmçinin ümumi prosesə daimi nəzarəti təmin etmək; bu tələblərə əməl etməyən subpodratçı nümayəndələrinin iş sahəsindən uzaqlaşdırılmasını təmin etmək;
  • Cəmiyyət işçilərinin vaxtlı-vaxtında təhlükəsizlik qaydaları üzrə iş yerində, təkrar, ilkin və növbədənkənar təlimatlar ilə təlimatlandırılmasına eləcə də vaxtında keçirilməsinə nəzarət etmək;
  • İşlərin təhlükəsiz görülməsi üçün proqramların, təlimatların işlənməsi və tərtib edilməsində, metodiki köməkliyi və nəzarəti həyata keçirmək;
  • İşlərin təhlükəsiz təşkilinə, avadanlığın təhlükəsiz istismarına, əl alətlərinin yararlılığına, eləcə də Cəmiyyətin inşaat binalarının, qurğularının, avadanlıqlarının və digər məişət obyektlərinin texniki sazlığına, iş yerlərində mühafizə, xilasedici vasitələrin lazım olan miqdarına və yararlılığına nəzarət etmək;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələri və peşə xəstəliklərini qeydiyyata almaq, hesabını aparmaq və qoyulmuş qaydaya əsasən hesabat məlumatları hazırlamaq;
  • İldə 1 dəfədən az olmayaraq istehsalat zədələnmələri və peşə xəstəliklərinin səbəblərini təhlil etmək, onların qarşısını almaq üzrə tədbirlərin işlənib hazırlanmasını həyata keçirmək;
  • Baş vermiş iş qəzalarının qeydiyyatını aparmaq, onları təhlil etmək və qəzaların sayından asılı olaraq həftədə və ya ayda bir dəfədən az olmayaraq onların baş vermə səbəblərini aradan qaldırmaq üçün müzakirələrdə iştirak etmək və təkliflər vermək;
  • Yeni tikilən və yenidən qurulan fəaliyyət obyektlərinin layihələndirilməsində və istismara buraxılmasında iştirak etmək;
  • Maşın və mexanizmlərdə, avadanlıqlarda, qurğularda, dəzgahlarda və inşaat obyektlərində təhlükə yarada biləcək işləri qismən dayandırmaq və onların aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçirmək;
  • Avadanlığın texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək, onun işinin təhlükəsiz aparılması tələblərinə uyğunluğunu təyin etmək, lazımi hallarda qəbul edilmiş qaydada istismarın dayandırılması üçün tədbir görmək;
  • Qayda pozuntusuna yol verən işçiləri cəzalandırmaq üçün rəhbərliyə yazılı şəkildə məlumat vermək;
  • Avadanlıq və materialların texniki göstəricilərinin dövlət standartlarına uyğunluğunu yoxlamaq, avadanlıqların kalibrasiyadan keçirilməsini təşkil etmək, onların sınaqlarında iştirak etmək, sınaq və yoxlama vərəqlərini saxlamaq;
  • İşçiləri və iş sahələrini lazımi miqdarda rəhbər sənədlərlə, qaydalarla, təlimatlarla, plakatlarla, Fərdi Mühafizə Vasitələri ilə, həmçinin əməyin mühafizəsi üzrə görülən işlərin qeydiyyatı üçün jurnallarla təmin olunmasını həyata keçirmək;
  • İş yerlərinə təhlükəsizlik texnikası ilə bağlı lazımi lövhə və plakatların vurulmasını təşkil etmək;
  • Fəaliyyət sahələrinin pasportlaşdırılmasına, havanın göstəricilərinin, səs-küyün, titrəmənin səviyyəsinin ölçülməsinə, həmçinin sanitariya-texniki pasportların vaxtında doldurulmasına nəzarət etmək;
  • Təlimat verilən zaman işçiləri əməyin mühafizəsinə dair əmrlərlə, qərarlar və göstərişlərlə tanış etmək;
  • Yanğından mühafizə işinin qanunvericiliyə uyğun təşkilini hazırlamaq, yanğınsöndürmə balonlarının lazımi yerlərdə və lazımi miqdarda yerləşdirilməsini təşkil etmək, onların daima işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Sahələrdə və şöbələrdə yanğın təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi təlimatlarının və yanğınsöndürmə planlarının hazırlanmasına metodiki köməklik göstərmək;
  • Baş vermiş yanğının söndürülməsində yaxından iştirak etmək, yanğın hadisəsinin təhqiqində və səbəblərinin analizində iştirak etmək;
  • Ətraf mühiti qoruması, ekologiyaya dəyən zərəri minimuma endirmək üçün lazımi tədbirlər görmək, tullantıların idarə olunması işini təşkil etmək, enerji, su, yanacaq sərfiyyatında israfçılığın qarşısını almaq üçün lazımi tədbirlər görmək;
  • Fövqəladə hallar zamanı hərəkət və davranış qaydaları haqqında işçiləri təlimatlandırmaq;
  • Təhlükəsizlik texnikası üzrə təlimatlara, əmək, texnoloji və istehsalat intizam qaydalarına ciddi surətdə riayət etmək;
  • Bilavasitə rəhbəri tərəfindən müəyyən edilmiş dövrlər üzrə, eləcə də tələb olunduğu hallarda hesabatların hazırlanmasını və təqdim olunmasını təmin etmək;
  • Cəmiyyətdə qəbul olunmuş korporativ xarici görünüş standartlarına riayət etmək və etik davranış qaydalarına əməl etmək;
  • Yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, sanitariya və epidemioloji rejim qaydalarına riayət etmək;
  • Cəmiyyət tərəfindən təsdiq edilmiş daxili əmək və intizam qaydalarına riayət etmək və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily38
  • Weekly608
  • Monthly608