Capital Construction MMC Capital Construction MMC
  • 797

Capital Construction MMC

Строительство

Sürücü (kuryer)

  • Истекает 20 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyət tərəfindən ona həvalə edilmiş mopedi Azərbaycan Respublikasının yol hərəkəti qaydalarına, əmək mühafizəsi və texniki təhlükəsizlik normalarına uyğun şəkildə idarə etmək;
  • Kiçik yüklərin, kiçik həcmli tikinti materiallarının və digər mal-materialların layihə daxilində və layihələr arasında vaxtında, təhlükəsiz və təyinatı üzrə daşınmasını təmin etmək;
  • Daşınan yüklərin düzgün yerləşdirilməsinə, bərkidilməsinə və qorunmasına nəzarət etmək, habelə həmin yüklərin yüklənib-boşaldılmasına yardım göstərmək;
  • Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik baxış keçirmək, sazlığını təmin etmək, aşkar edilmiş nasazlıqlar barədə dərhal məsul şəxsə məlumat vermək;
  • Tikinti sahələrində fərdi mühafizə vasitələrindən (kaska, qoruyucu jilet və s.) istifadə etmək, təhlükəsizlik nişanlarına və daxili qaydalara əməl etmək;

Namizədə tələblər:

  • A1 kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
  • Yol hərəkəti qaydaları üzrə bilik
  • Moped idarəetmə sahəsində təcrübə (azı 1 il)
  • Ərazidə düzgün istiqamətlənmə və marşrutları operativ müəyyən etmə bacarığı.
  • Yüksək məsuliyyətlilik, punktuallıq və operativlik
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;

İş şəraiti: 

  • İş yeri: Lökbatan qəs., Xacəsən yolu, 57 (Lökbatan dairəsinin yanı);
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sürücü (kuryer)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily133
  • Weekly133
  • Monthly2023