Əməliyyatçı Moderator (təcrübəçi)

  • Истекает 30 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Carbuy.az - avtomobil elanları platforması olaraq, komandamızda enerjili, öyrənməyə həvəsli və avtomobil dünyasına marağı olan təcrübəçi axtarırıq! Əgər sən real layihədə təcrübə qazanmaq və gələcəkdə peşəkar komandamızın bir üzvü olmaq istəyirsənsə, bu fürsət sənin üçündür.

İş barədə məlumat:

  • İş qrafiki: Həftədə 5 iş günü (2 istirahət günü).
  • Təcrübə müddəti: 2 ay (Ödənişli + Bonus sistemli).

Vəzifə öhdəlikləri:

  • Sayta yeni avtomobil elanlarının düzgün və operativ şəkildə yerləşdirilməsi;
  • Əməliyyat işlərində baş menecerə yaxından köməklik göstərilməsi;
  • Daxil olan müraciətlərin və məlumatların emal edilməsi;
  • Avtomobil bazasının yenilənməsi və nəzarətdə saxlanılması.

Namizədə dair tələblər:

  • Avtomobil sahəsində (marka, model, texniki göstəricilər) minimal biliklərin olması mütləqdir;
  • Azərbaycan dilində səlis və düzgün yazı qabiliyyəti;
  • Məsuliyyətli, detallara qarşı diqqətli və operativ;
  • Öyrənməyə və özünü inkişaf etdirməyə yüksək həvəs.

Bizimlə qazanacağınız üstünlüklər:

  • Real Təcrübə:  Portfolionuz üçün real keyslər və praktiki biliklər qazanacaqsınız.
  • Mentorluq: Birbaşa layihə rəhbəri ilə çalışaraq işin daxili sirlərini öyrənəcəksiniz.
  • Çeviklik: Məsafədən iş imkanı və dərslərinizə mane olmayacaq çevik qrafik.
  • Karyera Perspektivi: Təcrübə müddətini uğurla başa vuran ən yaxşı namizədlər komandaya daimi əməkdaş olaraq Full-time olaraq qəbul ediləcək.
  • Bonus sistemi: Göstərdiyiniz nəticələrə uyğun olaraq həvəsləndirici bonuslar tətbiq olunur.

Müraciət qaydası:

Zəhmət olmasa, CV-nizi, mövzu sətrində  Əməliyyatçı Moderator (təcrübəçi) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

  • Daily49
  • Weekly224
  • Monthly49