Sosial media üzü və kontent aparıcısı

  • Истекает 13 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

CarBuy Hub layihəsini TikTok və digər sosial şəbəkələrdə təmsil edəcək, canlı yayımlar aparacaq və videoçəkilişlərdə iştirak edəcək xanım əməkdaş axtarırıq.

İş yeri: Carbuy

İş qrafiki: 6 günlük

Vəzifə öhdəlikləri:

  • TikTok və digər sosial şəbəkələrdə canlı yayımlar aparmaq;  
  • CarBuy Hub layihəsini, avtomobilləri və şirkətin xidmətlərini təqdim etmək;  
  • İzləyicilərin suallarını canlı yayım zamanı cavablandırmaq;  
  • Sosial şəbəkələr üçün hazırlanacaq reklam, Reels, TikTok və digər videolarda iştirak etmək;  
  • Avtomobil təqdimatları və marketinq çəkilişlərində şirkətin siması kimi çıxış etmək;  
  • Auditoriya ilə aktiv, pozitiv və peşəkar ünsiyyət qurmaq;  
  • Kontent komandası ilə birlikdə kreativ ideyaların hazırlanmasında iştirak etmək;  
  • Şirkəti sosial şəbəkələrdə peşəkar şəkildə təmsil etmək.

Namizədə tələblər:

  • Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulub;  
  • Kamera qarşısında sərbəst, enerjili və özünəinamlı olmaq;  
  • Səlis nitqə və düzgün diksiyaya sahib olmaq;  
  • Baxımlı və səliqəli xarici görünüş;  
  • Ünsiyyətcil, pozitiv, kreativ və məsuliyyətli olmaq;  
  • Uzunmüddətli canlı yayımları dinamik aparmaq bacarığı;  
  • Azərbaycan dilində sərbəst danışmaq;  
  • TikTok və digər sosial media platformalarını yaxşı bilmək;  
  • Aparıcılıq, satış, reklam çəkilişi və ya sosial media sahəsində təcrübə üstünlükdür.

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı;  
  • Dinamik və yaradıcı iş mühiti;  
  • CarBuy Hub layihəsinin sosial media siması olmaq imkanı;  
  • Reklam və sosial media çəkilişlərində iştirak;  
  • Peşəkar inkişaf perspektivləri;  
  • Marketinq və çəkiliş komandasının dəstəyi.

Şəkilli CV-nizi və qısa təqdimat videonuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin.

Şəkilsiz CV-lərə baxılmayacaq. Müraciət zamanı “Sosial media üzü və kontent aparıcısı” qeyd edilməlidir.

  • Daily8
  • Weekly582
  • Monthly1180