Sənin missiyan:
- Potensial müştərilərlə telefon və onlayn əlaqə qurmaq;
- CarBuy-un dəyərini və üstünlüklərini inandırıcı şəkildə təqdim etmək;
- Maraqlıları aktiv istifadəçiyə çevirmək;
- Satış hədəflərini yerinə yetirmək!
- Müştəri haqqındakı məlumatları CRM və digər bazalara daxil etmək
Səndə bu varsa, səhnə sənin üçündür:
- Telefonla satışda və ya müştəri ilə ünsiyyətdə az da olsa təcrübə;
- Özünə inam, pozitiv enerji və inandırıcı səs tonu;
- Azərbaycan dili səlis, rus dili üstünlükdür;
- Motivasiya: “satış bacarığı = gəlir artımı” prinsipinə inanırsan.
Biz nə təklif edirik:
- 600 AZN əmək haqqı + bonuslar (sənin nəticən qədər qazanırsan 💸);
- Böyüyən startup atmosferi — ideyaların qiymətlidir;
- Real karyera imkanı və komandada öz izini qoymaq şansı;
- Sürətli öyrənmə, açıq kommunikasiya və enerjili mühit.
İş şəraiti:
- Əməkhaqqı: 600 AZN + satışdan bonus
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00, 6-cı gün növbəli şəkildə
- İş yeri: Babək prospekti 282
Müraciət qaydası:
Zəhmət olmasa, CV-nizi, mövzu sətrində vəzifənin adını (Telesatış üzrə mütəxəssis) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.