Logistika xidmətlərinin satışı üzrə menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Logistika xidmətlərinin satışı üzrə menecer

  • Истекает 16 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Cardinal Group Logistics MMC beynəlxalq yükdaşıma sahəsində təcrübəli, nəticəyönümlü və güclü satış bacarıqlarına malik Logistika xidmətlərinin satışı üzrə menecer axtarır.

Vəzifə öhdəlikləri

  • Yeni korporativ müştərilərin cəlb edilməsi və müştəri portfelinin genişləndirilməsi
  • Müştərilərin logistika ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təqdim olunması
  • Potensial və mövcud müştərilərlə kommersiya danışıqlarının aparılması
  • Təqdim edilmiş kommersiya təkliflərinin izlənilməsi və satış prosesinin nəticəyədək idarə olunması
  • Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması
  • Satış dövriyyəsi və gross profit üzrə müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi
  • Müştəri münasibətlərinin davamlı və peşəkar şəkildə idarə olunması
  • Satış nəticələri üzrə mütəmadi hesabatların hazırlanması
  • Əməliyyat və qiymətləndirmə komandası ilə koordinasiyalı işləmək

Namizədə tələblər

  • Beynəlxalq yükdaşıma və logistika xidmətlərinin satışı sahəsində minimum 3 il iş təcrübəsi
  • Yeni korporativ müştərilərin cəlb edilməsi və satış portfelinin formalaşdırılması üzrə real təcrübə
  • Beynəlxalq yükdaşıma prosesləri və logistika xidmətləri haqqında praktiki bilik
  • Kommersiya danışıqlarının aparılması və müştəri münasibətlərinin idarə edilməsi bacarığı
  • Satış dövriyyəsi və gross profit hədəfləri ilə işləmək təcrübəsi
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Azərbaycan, rus və türk dillərində sərbəst yazılı və şifahi ünsiyyət
  • İngilis və ya digər xarici dil bilikləri üstünlükdür
  • Microsoft Office proqramları, Outlook, LinkedIn və digər peşəkar rəqəmsal platformalardan istifadə bacarığı
  • Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyətlilik və yüksək iş intizamı

Biz nə təklif edirik?

  • Sabit əmək haqqı + yaradılmış gross profit əsasında bonus
  • Hədəf göstəricilərini yerinə yetirən əməkdaş üçün aylıq ümumi qazanc: 2 000+ AZN
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
  • Bonusların şəffaf hesablanması və vaxtında ödənilməsi
  • Əməliyyat və qiymətləndirmə komandası tərəfindən peşəkar dəstək
  • Şirkətin mövcud beynəlxalq agent və daşıyıcı şəbəkəsindən istifadə imkanı
  • İş üçün zəruri texniki və kommunikasiya vasitələri
  • Müştəri görüşləri və işgüzar səfərlərlə bağlı müvafiq xərclərin qarşılanması
  • Nəticələrə əsaslanan əmək haqqı və vəzifə artımı
  • Satış istiqamətində gələcək rəhbər vəzifələrə yüksəlmək perspektivi
  • Peşəkar inkişaf və logistika sahəsində biliklərin genişləndirilməsi imkanları

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü, ofisdə

Yalnız beynəlxalq yükdaşıma sahəsində real satış təcrübəsi, ölçülə bilən nəticələri və yeni müştəri portfeli formalaşdırmaq bacarığı olan namizədlərin müraciətləri nəzərdən keçiriləcək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly483
  • Monthly1546