Anbardar

  • Deadline 19 June 2026

Carlsberg Azerbaijan komandası “Anbardar” vakansiyası üzrə yeni əməkdaş axtarır. 

İş şərtləri:

  • İş vaxtı: Növbəli iş qrafiki 
  • İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi

Əsas vəzifə öhdəlikləri:

  • Yükləmə və boşaltma işlərinə nəzarət etmək
  • Malların qəbul və təhvil sənədlərini yoxlamaq
  • Məhsulların ERP/WMS sistemlərində ilkin uçotunu aparmaq
  • Forklift operatorlarına tapşırıqların koordinasiyası
  • Məhsul və materialların düzgün saxlanmasına və təhlükəsizliyinə nəzarət etmək
  • İnventarizasiya prosesində iştirak etmək.

Namizədlərə dair tələblər

  • Ali və ya peşə (texniki) təhsili;
  • Anbar sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Rus dilli biliyi üstünlükdür;
  • Dəqiqlik, məsuliyyət və intizamlılıq;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • ERP və WMS sistemləri ilə iş təcrübəsi üstünlükdür
  • FIFO/FEFO prinsipləri üzrə biliklər.

Əlavə şərtlər:

  • İnkişaf və karyera imkanları
  • Tibbi sığorta paketi
  • Komanda ilə birlikdə rahat nahar edə bilməniz üçün şirkət tərəfindən təmin olunan nahar
  • Şirkət siyasətinə uyğun illik əməkhaqqı və bonus sistemi
  • Beynəlxalq, motivasiyalı və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:

Nəzərinizə çatdırırıq ki, yalnız məhdud sayda namizəd müsahibəyə dəvət olunacaq.

  • Daily1
  • Weekly418
  • Monthly1802