Carlsberg Azerbaijan Azərbaycanda lider pivə istehsalçısıdır. Bizim brend portfelimizə Xırdalan, Tuborg, Əfsana, Carlsberg, Blanc 1664 və bir çox digər məşhur pivə növləri daxildir. Daimi innovasiyalara can ataraq hər il brend çeşidimizi genişləndiririk.
Vakansiya haqqında: Komandamıza təhlükəsizliyi təmin edəcək Mühafizəçi axtarırıq.
İş şərtləri:
- İş qrafiki: Növbəli iş qrafiki (Xidmət müqaviləsi).
- İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi.
- Eləcə də: Karyera imkanları, rəqabətədavamlı əmək haqqı, servis xidməti, nahar.
- Əmək haqqı: 1000 AZN (GROSS)
Əsas vəzifə öhdəlikləri:
- Şirkət ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Giriş-çıxış rejimini təmin etmək və qeydiyyat aparmaq;
- Video-müşahidə sisteminə nəzarət etmək;
- Fövqəladə hallarda (yanğın, qəza və s.) operativ şəkildə reaksiya vermək və rəhbərliyi məlumatlandırmaq;
- Şirkət əmlakının qorunması və təhlükəsizliyin təmin olunmasına cavabdeh olmaq;
- Gələn qonaqları və nəqliyyat vasitələrini qaydalara uyğun şəkildə qeydiyyata almaq.
Namizədlərə dair tələblər:
- Orta və ya peşə (texniki) təhsili;
- Təhlükəsizlik və ya mühafizə sahəsində iş təcrübəsi;
- Rus və İngilis dilləri biliyi üstünlükdür;
- Dəqiqlik, məsuliyyət və intizamlılıq;
- Fiziki cəhətdən sağlam (İdmançı bədən quruluşu);
- Hərbi xidməti başa vurmuş.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:
https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Yalnız vakansiya tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.