Yükləyici-qəbuledici

  • Deadline 26 Noyabr 2026

Vakansiya haqqında: 

  • Carlsberg Azerbaijan komandasına qoşulmaq üçün məhsulların düzgün qəbulu, yerləşdirilməsi və göndərilməsini təmin etmək üçün komandamıza məsuliyyətli və diqqətli əməkdaş axtarırıq.

İş şərtləri:

  • İş yeri: Xırdalan, Carlsberg Azerbaijan zavodu
  • Şöbə: Anbar və daxili logistika
  • İş qrafiki: Növbəli

Əsas vəzifə öhdəlikləri:

  • Daxil olan və göndərilən məhsulların miqdarını və çeşidini qaimə və digər müşayiətedici sənədlərlə tutuşdurmaq.
  • Məhsulları saymaq, qablaşdırmanın bütövlüyünü yoxlamaq, zədə, qüsur və çatışmazlıqları qeydə alaraq aidiyyəti üzrə məlumat vermək.
  • Yüklərin əl ilə və müvafiq anbar avadanlıqlarından istifadə etməklə yüklənməsini, boşaldılmasını və anbar daxilində daşınmasını həyata keçirmək.
  • Məhsulları növünə və saxlama şərtlərinə uyğun çeşidləmək, rəflərdə və paletlərdə təhlükəsiz yerləşdirmək.
  • Sifarişləri sənədlərdə göstərilən miqdar və çeşidə uyğun komplektləşdirmək, məhsulların keyfiyyət və yararlılıq müddəti tələblərinə riayət etmək.
  • Paletləmə, etiketləmə, barkodların yapışdırılması və təkrar qablaşdırma işlərini yerinə yetirmək.
  • Yüklərin daşınma zamanı zədələnməməsi üçün nəqliyyat vasitələrində təhlükəsiz yerləşdirilməsini təmin etmək.
  • Anbar sayımlarında iştirak etmək, məhsulların və avadanlıqların qorunmasını təmin etmək.
  • İş yerini təmiz və səliqəli saxlamaq, tullantıları çeşidləmək, 5S, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək

Namizədlərə dair tələblər: 

  • Orta və ya orta ixtisas təhsili;
  • Anbar və ya yükləmə-boşaltma işləri üzrə ən azı 1 il təcrübə;
  • Malların qəbulu, yerləşdirilməsi və göndərilməsi prosesləri haqqında biliklər;
  • Rus dili biliyi üstünlükdür;
  • Fiziki iş və növbəli iş rejimində işləməyə hazır olmaq;
  • Diqqətlilik, məsuliyyət və intizam;
  • Anbar idarəetmə sistemi, WMS ilə işləmək bacarığı üstünlükdür;
  • Növbəli iş qrafikində işləməyə hazırlıq.

Əlavə şərtlər:

  • Nahar təminatı
  • 4 istiqamət üzrə transfer (səhər və axşam)

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:

Yalnız vakansiya tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily133
  • Weekly248
  • Monthly2223