Casa D'Arte – Longhi, Poltrona Frau, FIAM, Porada, Gruppo Fox və Euroluce kimi dünya səviyyəli İtalyan brendlərinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. Biz mebel deyil, təcrübə və zövq təqdim edirik. Komandamızda bu fəlsəfəni paylaşan peşəkar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Instagram və Facebook reklam kampaniyalarından CRM sisteminə daxil olan müştəri sorğularını operativ şəkildə emal etmək
- Potensial müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq, ehtiyaclarını dəqiqləşdirmək
- Müştərini Ağ Şəhərdəki şourumumuza randevu əsasında dəvət etmək və görüşü təşkil etmək
- Şourumda müştərini qarşılayaraq satış prosesini aparmaq
- CRM sistemində bütün ünsiyyət tarixçəsini, statusları və qeydləri vaxtında aparmaq
- Aylıq KPI göstəricilərinə (zəng sayı, randevu sayı, konversiya, satış) nail olmaq
Tələblər:
- Azərbaycan və rus dillərində səlis ünsiyyət (ingilis dili üstünlükdür)
- Xoş, inamlı və aydın səs tembri
- Müştəri xidmətləri / satış sahəsində ən azı 1 il təcrübə
- Nəticəyə yönəlmiş, intizamlı və məsuliyyətli iş yanaşması
Üstünlüklər:
- CRM sistemləri ilə işləmə bacarığı
- Premium seqment müştərilərlə işləmə təcrübəsi
- İnteryer, dizayn və ya mebel sahəsində bilik
Biz təklif edirik:
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunur (sabit + bonus sistemi)
- Bakının ən prestijli ofis məkanlarından birində (Ağ Şəhər) iş şəraiti
- Beynəlxalq səviyyəli İtalyan brendləri ilə birbaşa işləmək təcrübəsi
- Şourumda mütəmadi olaraq keçirilən mühüm tədbirlər və təqdimatlar zamanı biznes elitası, dizaynerlər və yüksək çevrə ilə tanışlıq imkanı
- Daxili təlimlər və peşəkar inkişaf imkanı
- Mehriban və peşəkar komanda
📍 İş haqqında məlumat:
- Şirkət: Casa D'Arte – Bakıda eksklüziv İtalyan interyer şourumu
- Ünvan: Raffle Tower, Ağ Şəhər, Bakı
- İş günləri: Bazar ertəsi – Cümə (1-ci və 5-ci günlər)
- İş saatları: 11:00 – 19:00
✉️ Müraciət:
CV-nizi [email protected] ünvanına "Müştəri Əlaqələri Mütəxəssisi" mövzusu ilə göndərin.
Əlaqə: +994 50 203 25 22
Sayt: casadarte.az