Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)

  • Deadline 11 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Caspel Süni intellekt departamentinin komandasına Maşın öyrənməsi üzrə mühəndis axtarılır!

Tələblər

  • Kompüter elmləri, riyaziyyat, statistika, süni intellekt və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maşın öyrənməsi və ya data science sahəsində minimum 1 il iş təcrübəsi;
  • Güclü riyazi baza — xətti cəbr, ehtimal nəzəriyyəsi, statistika və optimallaşdırma;
  • Python və ML kitabxanaları (PyTorch, TensorFlow, scikit-learn) üzrə güclü biliklər;
  • Klassik ML alqoritmləri (reqressiya, təsnifat, klasterləşdirmə, ansambl metodları — XGBoost, LightGBM) üzrə təcrübə;
  • Dərin öyrənmə arxitekturaları (CNN, RNN, Transformer) üzrə biliklər;
  • Məlumatların emalı və feature engineering üzrə təcrübə (Pandas, NumPy, Spark);
  • Model qiymətləndirmə metrikaları, cross-validation və eksperiment dizaynı üzrə biliklər;
  • MLOps alətləri (MLflow, DVC və s.), model versiyalanması və monitorinqi üzrə biliklər;
  • Model serving texnologiyaları (ONNX, TorchServe, Triton və s.) üzrə biliklər;
  • SQL və verilənlər bazaları ilə iş təcrübəsi;
  • Docker, Linux, Git və bulud platformaları üzrə biliklər;
  • Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi.

Öhdəliklər

  • Biznes məsələlərinə uyğun ML modellərinin layihələndirilməsi, öyrədilməsi və optimallaşdırılması;
  • End-to-end ML pipeline-larının qurulması — məlumatın hazırlanmasından modelin production-a çıxarılmasınadək;
  • NLP, Computer Vision və Speech sahələrində dərin öyrənmə modellərinin hazırlanması və tətbiqi;
  • Model performansının qiymətləndirilməsi, hyperparameter tuning və modellərin təkmilləşdirilməsi;
  • Modellərin production mühitində yerləşdirilməsi və inference proseslərinin optimallaşdırılması;
  • Production-dakı modellərin monitorinqi, data drift-in aşkarlanması və modellərin yenidən öyrədilməsi;
  • Data mühəndisləri ilə birgə keyfiyyətli dataset-lərin və feature-ların hazırlanması;
  • Sahə üzrə elmi yeniliklərin izlənilməsi və müasir metodların layihələrdə tətbiqi;
  • Eksperimentlərin sənədləşdirilməsi və nəticələrin komanda ilə bölüşülməsi;
  • AI komandasının digər üzvləri ilə sıx əməkdaşlıq.

Şəxsi keyfiyyətlər

  • Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
  • Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;
  • Diqqətlilik və işə keyfiyyətli yanaşma;
  • Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.

Əlavə məlumatlar

  • Əmək haqqı: razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.

  • Daily109
  • Weekly240
  • Monthly840