Tələblər
- Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat sahəsində üstünlük verilir).
- İT həlləri və xidmətlərinin satışında ən azı 3 il iş təcrübəsi (B2B və ya korporativ müştərilərlə).
- İT məhsulları və texnologiyaları haqqında biliklər – sistem inteqrasiyası, şəbəkə həlləri, server avadanlığı, proqram təminatı, bulud texnologiyaları və kibertəhlükəsizlik.
- Yüksək səviyyədə danışıqlar aparmaq bacarığı, o cümlədən C-Level rəhbərlərlə görüşlər və təqdimatlar.
- Kommersiya təklifləri, müqavilələr və tender sənədləri ilə işləmək təcrübəsi.
- Təqdimat bacarıqları, MS Office, CRM sistemləri və analitik alətlərlə sərbəst işləmək.
- Yüksək səviyyəli ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları.
- Çoxsaylı layihələrdə paralel işləmək, vaxtı səmərəli idarə etmək və qərarvermə qabiliyyəti.
- Rus və ingilis dillərində sərbəst yazışma və danışıqlar aparmaq bacarığı üstünlükdür.
Öhdəliklər:
- Tam satış prosesinin idarə olunması – ilkin əlaqədən müqavilənin bağlanmasına və sonrakı müştəri dəstəyinə qədər.
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi – şirkətin təqdim etdiyi İT həlləri və xidmətləri üzrə müştəri bazasının genişləndirilməsi.
- Korporativ müştərilər üçün İT məhsulları, inteqrasiya həlləri və layihələrin təqdimatı.
- Kommersiya təkliflərinin hazırlanması və razılaşdırılması, tenderlərdə iştirak və layihələrin müdafiəsi.
- Müştəri tələblərinin təhlili, ehtiyacların müəyyən edilməsi və optimal İT həllərinin seçilməsi üçün texniki komandalarla əməkdaşlıq.
- Əsas müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və inkişaf etdirilməsi.
- Şirkətin İT məhsul və xidmətlərinin satış strategiyasının hazırlanmasında iştirak.
- Layihələrin uğurla icrası üçün şirkət daxilində digər şöbələrlə (marketinq, texniki dəstək, layihə ofisi və s.) sıx əməkdaşlıq.
- Bazarın və rəqiblərin təhlili, yeni biznes imkanlarının müəyyən edilməsi.
- Satış hədəflərinə, dövriyyə və mənfəət üzrə müəyyən edilmiş KPI göstəricilərinə nail olunması.
Şəxsi keyfiyyətlər:
- Diqqətli;
- Məsuliyyətlilik və stressə davamlılıq;
- Məqsədyönlülük;
- Loyallıq və punktual olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış şöbəsinin aparıcı mütəxəssisi” sözünü qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.