İş yeri: Bakı şəhəri
Əmək haqqı: 3000–3500 AZN
Vəzifə öhdəlikləri
- Tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa işlərinin layihə, AzDTN, ISO və digər normativ tələblərə uyğunluğuna nəzarət etmək;
- Podratçıların QA/QC proseslərini, Keyfiyyət İdarəetmə Planı (QAP/QMP) və prosedurlarını yoxlamaq və monitorinq etmək;
- Sahə keyfiyyət yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında icrasına nəzarət etmək;
- Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və preventiv tədbirlər üzrə təkliflər vermək;
- Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
- Uyğunsuzluqları (NCR/Observation) müəyyən etmək, qeydiyyata almaq, düzəldici tədbirlərin icrasını və NCR-lərin bağlanmasını izləmək;
- Təkrarlanan keyfiyyət problemlərinin kök səbəblərini təhlil etmək və CAR-ların effektivliyini qiymətləndirmək;
- Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət sənədlərinin tamlığına nəzarət etmək;
- Həftəlik və aylıq keyfiyyət/proses hesabatlarını və NCR izləmə cədvəllərini hazırlamaq.
Tələblər
- İnşaat mühəndisliyi, memarlıq, mühəndislik və ya tikinti idarəetməsi üzrə ali təhsil;
- Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il, aparıcı KT/KN (QA/QC) mühəndisi kimi təcrübə;
- Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
- AzDTN, EN və ISO 9001 standartları üzrə yaxşı/dərin bilik;
- Layihə sənədləri, IFC çertyojları, ITP, QAP/QMP və MAR sənədləri ilə işləmə bacarığı;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və ekoloji qanunvericiliyi üzrə bilik;
- Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
- AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
- İngilis dili biliyi;
- ISO 9001 Lead Auditor, IRCA və ya ekvivalent sertifikatların olması üstünlükdür.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.