Vəzifə öhdəlikləri
- Topoqrafik ölçmə işlərinin aparılması və koordinatların müəyyən edilməsi.
- GPS, Total Station və digər geodeziya avadanlıqları ilə sahə ölçmələrinin icrası.
- Topoqrafik planların, xəritələrin və ölçü hesabatlarının hazırlanması.
- Tikinti sahəsində layihəyə uyğun ölçmə və nişanlama işlərinin aparılması.
- Tunel qazıntısı işləri zamanı geodeziya ölçmələrinin aparılması, qazıntı oxlarının, istiqamət və səviyyələrin layihəyə uyğun müəyyən edilməsi və nişanlanması.
- Tunelin qazıntı profilinin, en kəsiyinin, uzununa istiqamətinin və layihə ölçülərinin mütəmadi olaraq yoxlanılması.
- Tunel qazıntısı zamanı faktiki ölçülərin layihə göstəriciləri ilə müqayisə edilməsi və kənarlaşmaların müəyyən edilərək aidiyyəti şəxslərə bildirilməsi.
- Tunel daxilində geodeziya nişanlarının, reperlərin və digər ölçmə nöqtələrinin yaradılması, qorunması və mütəmadi yoxlanılması.
- Qazıntı, betonlama, üzləmə və digər tunel işləri üzrə icra ölçmələrinin aparılması və “as-built” ölçü sənədlərinin hazırlanması.
- Yerinə yetirilən işlərin layihə və normativ tələblərə uyğunluğunun yoxlanılması.
- İcra olunmuş işlərin sənədləşdirilməsi və hesabatların hazırlanması.
- Sahədə podratçıların gördüyü ölçmə işlərinə nəzarət və koordinasiya.
- Ölçmə nəticələrinin emalı, koordinatların hesablanması və müvafiq elektron proqramlarda işlənilməsi.
- Aşkarlanmış ölçü fərqləri və layihədən kənarlaşmalar barədə rəhbərliyə və layihə üzrə məsul şəxslərə məlumat verilməsi.
Tələblər
- Geodeziya, Topoqrafiya və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil.
- Minimum 5 il iş təcrübəsi.
- GPS, Total Station, Nivelir və digər geodeziya cihazları ilə işləmək bacarığı.
- AutoCAD, Civil 3D, Leica Geo Office və ya oxşar proqramlarda işləmək bacarığı.
- Sahə təcrübəsinin olması mütləqdir.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə və detallara diqqət.
- Məsuliyyətli və intizamlı.
- Komanda ilə işləmək bacarığı.
- Operativ qərarvermə və təşəbbüskarlıq.
- Vaxtın düzgün idarə olunması.
İş yeri: Bakı şəhəri Qış Parkının yanı
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Topoqraf” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.