Vəzifə öhdəlikləri:
- Qiymət təkliflərinin hazırlanması
- Təhvil verilən malların təhvil-təslim aktları ilə arxivləşdirilməsi
- Info, sales e-maillərinə gələn sorğuların hazırlanmasına nəzarət və qiymət təklifi verilməsi
- Satışlarda əldə olan mal yoxdursa başqa şirkətlərdən və ya digər əlaqələrdən istifadə edərək malı tapmaq və müştəriyə çatdırılmasını koordinasiya etmək
- Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq
Tələblər
- Təhsil tələbləri: Bakalavr
- Staja dair tələb: Ən azı 1 il (tikinti və ya energetika sahəsində çalışmaq üstünlükdür)
- Dil bilikləri: Azərbaycan və Rus dili üstün səviyyədə olmalı. İngilis dili isə arzuolunandir.
İxtisas səriştələri:
- Effektiv ünsiyyət
- Satış bilikləri
- Təqdimetmə
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office
- Outlook
- 1 C
İş şərtləri:
- 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər, 6-cı gün qısa iş günü.
- Əmək haqqı: fiks 650 AZN + bonus
- İş yeri: Bakı, Nərimanov ray., Ə.Rəcəbli 156A.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.