C Caspian Cable Systems
  • 230

Caspian Cable Systems

Çoxçeşidli pərakəndə satış

Korporativ satış mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ satış mütəxəssisi

  • Deadline 6 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Bazarın müştəriləri ilə ilk kontaktdan etibarən malın satışını, təhvilini, üzləşdirməni həyata keçirmək
  • İstehsal olunan malların stoka və ya satışa gedəcəyini dəqiqləşdirərək anbarda müəyyən edilən yerlərdə saxlanmasına nəzarət etmək
  • Təyin olunan miqdarlara əsasən stokda malların sayına nəzarət etmək, azaldıqda isə sifariş etmək
  • Satılan maların müştərilərə çatdırılmasını koordinasiya etmək
  • Təhvil verilən malların təhvil-təslim aktları ilə arxivləşdirilməsi
  • Gündəlik görülən işlərlə bağlı kompüterdə hər günü ayrı qovluq olmaqla arxivləmək
  • Anbarın səliqəsinə nəzarət etmək
  • Sayt üzərindən gələn mesajları cavablamaq
  • Info, sales e-maillərinə gələn sorğuların hazırlanmasına nəzarət və qiymət təklifi verilməsi
  • İnstagram və social şəbəkədən gələn mesajların cavablanması
  • Rəsmi sifarişlərdə sorğu təsdiqləndikdən sonra mal stokda olarsa bir başa satışa, yoxdursa İstehsal rəhbərinə sorğu keçmək
  • Satışlarda əldə olan mal yoxdursa başqa şirkətlərdən və ya digər əlaqələrdən istifadə edərək malı tapmaq və müştəriyə çatdırılmasını koordinasiya etmək
  • Müvafiq bazar müştərilərinin və B2B müştəri borclarının yığılmasına nəzarət etmək
  • Ofis daxili dəftərxana ləvazimatların bitməməsinə nəzarət etmək və azaldqıda sifaris etmək və alışını həyata keçirmək
  • Malı təhvil verməzdən əvvəl mühasibatlıqla ödənişin olunduğunu dəqiqləşdirmək
  • Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq

Təhsil tələbləri:

  • Bakalavr

Staja dair tələb:

  • Ən azı 1 il (tikinti və ya energetika sahəsində çalışmaq üstünlükdür)

İxtisas səriştələri:

  • Effektiv ünsiyyət
  • Satış bilikləri
  • Təqdimetmə 
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office
  • Outlook
  • 1 C

Dil bilikləri:

  • Azərbaycan və Rus dili üstün səviyyədə olmalı. İngilis dili isə arzuolunandir.

İş şərtləri: 

  • 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: fiks 650 AZN + bonus
  • İş yeri: Bakı şəhəri, N. Nərimanov ray., Ə. Rəcəbli 156A.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron poçt ünvanına mövzu yerinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar

  • Daily26
  • Weekly340
  • Monthly505