Vəzifə öhdəlikləri:
- Sosial media platformalarından gələn mesajları və şərhləri vaxtında cavablandırmaq;
- Vebsaytda daxil olan sorğuları operativ şəkildə işləmək və müştərilərə dəqiq cavab vermək;
- Şirkətin saytına yeni məhsulları yükləmək və mövcud məhsulların məlumatlarını lazım gəldikdə yeniləmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq və yaranan problemləri həll etmək;
- Şirkətin təqdim etdiyi məhsullar və xidmətlər barədə müştərilərə ətraflı məlumat vermək.
Əsas tələblər:
- Müştəri xidməti sahəsində iş təcrübəsi;
- Səlis ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma qabiliyyəti;
- Azərbaycan və Rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür);
- Sosial media platformaları və müştəri dəstək sistemləri ilə iş bacarığı;
- Problem həll etmə və sürətli reaksiya vermə bacarığı;
- Komandada işləmə bacarığı və detallara diqqət yetirmək qabiliyyəti;
İş şərtləri:
- 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: 650 AZN
- İş yeri: Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli 156A
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron poçt ünvanına mövzu yerinə “Müraciətlər və kontent üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.