Caspian Energy Club Caspian Energy Club
  • 299

Caspian Energy Club

Professional Services

CRM Koordinator (CRM Departamenti)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

CRM Koordinator (CRM Departamenti)

  • Истекает 18 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Caspian Energy Club” komandası peşəkar, ünsiyyətcil və məsuliyyətli CRM Koordinatoru axtarır. Dinamik biznes mühitində karyera qurmaq və böyük layihələrin bir parçası olmaq istəyirsənsə, bu elan sənin üçündür!

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş rejimi: Tam ştat
  • Saat: 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Həftəlik qrafik: 5 iş günü (b.e. – cümə)

Vəzifə öhdəlikləri:

  • Müştəri şirkətlərin (üzv şirkətlərin) tədbirlər barədə vaxtında məlumatlandırılması — yazılı və şifahi formada.
  • Çap və onlayn resurslarda paylaşılacaq məlumatların hazırlanması və toplanması.
  • Yeni layihələr və kommersiya təkliflərinin təqdim olunması, izlənməsi.
  • Rəhbərliyə mütəmadi hesabatların hazırlanması və təqdim edilməsi.
  • Departament rəhbəri ilə razılaşdırılmış digər tapşırıqların operativ icrası.

Namizəddən tələblər:

  • Azərbaycan dilində səlist danışıq və qrammatik yazı bacarığı.
  • Rus və ya ingilis dillərindən birində yüksək səviyyədə yazı və danışıq bacarığı.
  • MS Office proqramlarında sərbəst işləmək, internet resurslarından effektiv istifadə.
  • Stressli vəziyyətlərdə çevik və düzgün qərarvermə bacarığı.
  • İşgüzar yazışma və sənəd dövriyyəsi (hesabatlar, müştəri yazışmaları, rəsmi məktublar) bacarığı.
  • Komandada işləmək mədəniyyəti və rəsmi geyim qaydalarına riayət.

Bizimlə işləmək sizə nə qazandıracaq?

  • Peşəkar biznes mühitində real təcrübə.
  • Azərbaycanda və beynəlxalq arenada geniş əlaqələr şəbəkəsinə çıxış.
  • Böyük layihələrdə və nüfuzlu tədbirlərdə birbaşa iştirak imkanı.
  • Rəsmi əmək müqaviləsi, sabit əməkhaqqı (500-700 AZN) + yüksək bonuslar və karyera inkişafı perspektivi.

 Müraciət üçün: Şəkilli CV və motivasiya məktubunuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

Mövzu: “CRM Koordinator”.

  • Daily0
  • Weekly0
  • Monthly1679