Şirkətimizin gündəlik işlərinin səmərəli təşkilini təmin edəcək, məsuliyyətli və diqqətli ofis meneceri axtarırıq.
İş şəraiti:
- Əmək haqqı: 500–700 AZN (təcrübədən asılı olaraq)
- İş qrafiki: Beşgünlük iş həftəsi, tam iş günü
Vəzifələr:
- Ofisdə səliqə-sahman və rahatlığın təmin olunması, təmizlik və texniki vəziyyətə nəzarət
- Xidmət heyətinin (təmizlik, təsərrüfat işləri) fəaliyyətinin idarə olunması
- Daxili sənəd dövriyyəsinin təşkili: məktubların və digər materialların çapı və göndərilməsi
- Kuryer xidmətləri ilə əlaqə: çağırış, qəbul və göndərişlərin təşkili
- Qonaqların qarşılanması və ofisdə rahat atmosferin yaradılması
- Kançelyariya, su, təsərrüfat və digər zəruri məhsulların alınması
- Ofis ehtiyatlarına və sərfiyyat materiallarına nəzarət
Tələblər:
- Ali təhsilli
- Adminstrativ və ya ofis sahəsində iş təcrübəsi üstünlükdür
- Yüksək təşkilatçılıq, dəqiqlik və nəzakət
- Çoxsaylı tapşırıqlarla paralel işləmək bacarığı
- Ofis proqramlarında (Word, Excel və s.) işləmə bacarığı
- Azərbaycan və rus dillərində səlis şifahi və yazılı nitq (mütləqdir)
- Yaş: 21-30
- Təcrübə: 1 illik
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.