İş şəraiti
- İş yeri: Xankəndi
- Əmək haqqı: 1500 AZN (net)
- İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Elektrik xətlərinin, kabel və naqillərin çəkilməsi, kabel kanalları və elektrik şitlərinin montajı.
- Rozetka, açar, işıqlandırma sistemləri və digər elektrik avadanlıqlarının quraşdırılması və qoşulması.
- Nasazlıqların aşkarlanması, qısaqapanma problemlərinin aradan qaldırılması və köhnə sistemlərin yenilənməsi.
- Gərginlik, cərəyan və torpaqlama ölçülərinin aparılması, təhlükəsizlik qaydalarına riayət edilməsi.
- Elektrik sxemlərinə və layihəyə uyğun montaj işlərinin görülməsi.
Tələblər:
- Elektrik sahəsində iş təcrübəsi
- Elektrik sxemlərini oxuma bacarığı
- Təhlükəsizlik qaydalarını bilmək
- Məsuliyyətli və komandada işləmək bacarığı
Şirkət tərəfindən təmin olunur:
- Qalma yeri
- Gündə 3 dəfə qidalanma
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Elektrik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.