Şirkətimiz Oil & Gas və tikinti sektorunda fəaliyyət göstərir və komandamıza qoşulacaq təcrübəli QA Mütəxəssisi axtarılır. Yalnız bu sahələrdə təcrübəsi olan namizədlərin müraciətləri nəzərə alınacaq. Qida sektoru üzrə müraciətlər uyğun hesab edilmir.
Tələblər:
- ISO/IEC 17020, ISO/IEC 17025 və ISO 9001 standartları üzrə dərin nəzəri bilik və praktiki təcrübə;
- ISO 19011 standartına uyğun daxili və xarici auditlərin aparılması üzrə təcrübə;
- Akkreditasiya sənədləri və prosedurları üzrə bilik;
- Keyfiyyət idarəetmə sistemlərinin qurulması, tətbiqi və saxlanılması üzrə təcrübə;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- QHSE (Keyfiyyət, Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit) tələbləri üzrə biliklər.
Bilik və bacarıqlar:
- Keyfiyyət idarəetmə və sənədləşmə bacarıqları;
- Daxili və xarici auditlərin aparılması bacarığı;
- Hesabatların hazırlanması və sənədlərin idarə olunması;
- MS Office proqramları (Excel, Word, PowerPoint) ilə işləmək;
- Analitik düşüncə və problemlərin həll edilməsi;
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və təşəbbüskar;
- Detallara diqqət;
- Vaxtın effektiv idarə olunması.
Ünvan:
- Badamdar şossesi 2 -ci massiv
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “QA mütəxəssisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.