Namizədə olan tələblər:
- Ali təhsil;
- Satış sahəsi üzrə 5-8 il iş təcrübəsi;
- Rəhbər olaraq 3-5 il iş təcrübəsi;
- Azərbaycan və rus dilləri səlis, ingilis dili arzuolunandır;
- 1C proqramını yaxşı səviyyədə bilmək;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- Satış üzrə strateji və əməliyyat planlarını hazırlamaq, təsdiq olunmuş planların icrasının təmin etmək;
- Müştərilərlə əlaqələrin inkişaf etdirilməsi üçün davamlı olaraq satış əməkdaşlarının funksiylarına və onların fəaliyyət planlarının icrasına nəzarət etmək;
- Departamentin fəaliyyətinə təsir edə biləcək cari və gələcək bazar tendensiyalarının təhlil olunması;
- Məhsulun bazara giriş və bazardan çıxış strategiyasını müəyyən etmək;
- Bazar araşdırmasının aparılması və uyğun bölgələr üçün yeni satış strategiyasının hazırlanması;
- Satışın artırılması və satış planının icrası üçün müəyyən atdımların atılması;
- Mövcud müştərilərə satış məhsulları ilə bağlı çarpaz təkliflər hazırlanması;
- Reqionlarda yerləşən satış bölmələrinin fəaliyyətinin kordinasiya etmək;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini icra etmək;
- Büdcə planlanmasında rəhbərliyə təkliflər vermək və şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
- Müştəri bazasını genişləndirmək, potensial müştərilər cəlb etməklə gəlirliliyi artırması yollarının müəyyən edilməsi;
- Yeni satış kompaniyalarını hazırlamaq və çeşidlərin artırılması üçün qərarların verilməsi;
- Satış əməkdaşlarının bilik və bacarıqlarını dəyərləndirilib, müvafiq təlimlərin təşkil olunması üçün müraciətlərin edilməsi;
- Anbar qalığına əsaslanaraq lazımi sifarişləri təsdiqləmək;
- Müştəri məmnuniyyətinin qorunması üçün sorğu və şikayətlərin qəbulu və lazımi tədbirləri görmək;
- Rəqiblərin fəaliyyətinin analiz etmək və biznesin inkişafı imkanlarının qiymətləndirilməsi;
- Yeni tədarükçüləri tapmaq, danışıqları aparmaq və müqavilənin bağlanmasına nəzarət etmək;
- Tədarükcülərlə uzunmüddətli əlaqələrin qurulmasını təmin etmək.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Servis xidməti;
- Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış departamentinin müdiri ” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır