BOKT “Caspian İnvest” MMC Şəki filialına “İstehlak kreditləri mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
- Ərazi: Şəki şəhəri
- İş rejimi: Tam iş günü (6 gün)
- Əmək haqqı: Razılaşma yolu ilə
- Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
- Müştəri müraciətlərini qəbul etmək, analiz etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və kredit sənədlərinin düzgün və tam tərtib olunmasını təmin etmək.
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
Namizədə tələblər:
- Yaş: 21 — 45 yaş
- Ali təhsil
- Bank və ya bank olmayan kredit təşkilatında minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Satış və müştəri xidmətləri sahəsində bacarıq;
- Ünsiyyət və təqdimat qabiliyyəti, analtik düşüncə;
- Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmə bacarığı;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
Biz təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Rahat və dinamik iş mühiti
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Şəki filialı İstehlak kreditləri üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.