Biz kimik?
- Biz sürətlə böyüyən, logistika və gömrük sahəsində innovativ həllər təqdim edən dinamik komandayıq. Məqsədimiz – daşınma proseslərini daha sürətli, daha şəffaf və daha effektiv etməkdir.
- Əgər sən dəyişiklik yaratmaq, prosesləri optimallaşdırmaq və real nəticələr görmək istəyirsənsə — komandamıza qoşul!
Sənin rolun nədən ibarət olacaq?
- Gündəlik logistika əməliyyatlarını idarə etmək və koordinasiya etmək
- Daşımalar üçün ən optimal marşrutları planlaşdırmaq
- Daşıyıcılarla danışıqlar aparmaq və ən yaxşı şərtləri əldə etmək
- Müştəri sifarişlərinin vaxtında və problemsiz icrasını təmin etmək
- Riskləri qabaqcadan görmək və operativ qərarlar vermək
- Bazar qiymətlərini izləmək və daha sərfəli həllər tapmaq
- Komanda ilə birlikdə işləyərək prosesləri daha effektiv hala gətirmək
- Hesabatlar hazırlamaq və nəticələri analiz etmək
Biz səndən nə gözləyirik?
- Logistika və ya əməliyyat sahəsində minimum 1 il təcrübə
- Analitik düşünmə və problem həll etmə bacarığı
- ERP və Microsoft Office proqramlarında işləmə bacarığı
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
- Məsuliyyətli, çevik və komandada işləməyi sevən olmaq
Biz nə təklif edirik?
- Əmək haqqı: Fix + Bonus (razılaşma yolu ilə)
- Ofis: 28 May, Bakı
- İş qrafiki: Qeyri-Normativ
- Sürətli inkişaf və karyera imkanları
- Dinamik və dəstəkçi komanda mühiti
- Real layihələrdə iştirak və təsir yaratmaq imkanı
Necə müraciət etmək olar?
CV-ni “Logistika üzrə Əməliyyat Meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Əlaqə 010 265 94 65 (Rafael bəy)