İş şəraiti:
- İş qrafiki: Tam ştat – həftədə 5 iş günü
- Əmək haqqı: 1300 AZN-dən başlayır.(Namizədin baza bilik və təcrübəsinə əsasən müsahibə zamanı razılaşdırılır/ satış nəticələrinə əsaslanan bonus sistemi (KPI və marja üzrə)
Əsas Tələblər:
- Ali təhsil (logistika, beynəlxalq ticarət, iqtisadiyyat arzuolunandır) və ya orta təhsil
- B2B satış sahəsində, üstünlük olaraq logistika və ya beynəlxalq daşımalar üzrə iş təcrübəsi
- Müştəri ehtiyaclarını analiz edərək kompleks logistika həlləri təklif etmək bacarığı
- Beynəlxalq daşımalar (avtomobil, dəniz, hava, multimodal) və idxal–ixrac əməliyyatları üzrə anlayış
- Gömrük prosedurları üzrə baza səviyyəsində biliklər
- MS Office proqramları üzrə yaxşı istifadə bacarığı (xüsusilə Excel mütləqdir)
- Operativlik, məsuliyyət, dəqiqlik və komanda ilə işləmə bacarığı
- Azərbaycan və rus dilləri – səlis ; İngilis dili – ustunlukdur.
Vəzifə öhdəlikləri:
- Şirkətin logistika xidmətləri üzrə B2B satış fəaliyyətinin həyata keçirilməsi
- Yeni korporativ müştərilərin aktiv şəkildə axtarışı və cəlb olunması
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi
- Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun fərdi logistika həllərinin təklif edilməsi
- Kommersiya təkliflərinin hazırlanması və təqdim olunması, şərtlərin müzakirəsi və müqavilələrin bağlanması
- Satış fəaliyyətlərinin və müştəri ilə qarşılıqlı əlaqələrin CRM sistemində qeydiyyatı və izlənməsi
- Daşımaların problemsiz icrasını təmin etmək üçün əməliyyat (operation) komandası ilə sıx əməkdaşlıq
- Aylıq satış planlarının və gəlir hədəflərinin yerinə yetirilməsi və aşılması
- Daşımalar üzrə tariflərin toplanması, müqayisəli analizi və optimallaşdırılması
- Logistika üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Qeyd: Əməliyyat proseslərinin icrası operation komandası tərəfindən həyata keçirilir; Sales Manager-in əsas rolu müştəri ilə əlaqə və satış prosesinin idarə edilməsidir.
Ünsiyyət və analitik bacarıqlar:
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Stressli vəziyyətlərdə effektiv işləmə qabiliyyəti
- Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma
- Müştəri məmnuniyyətini və ehtiyaclarını hər zaman ön planda tutmaq bacarığı
Biz nə təklif edirik:
- Şəffaf və motivasiyaedici bonus sistemi
- Beynəlxalq layihələrdə və real B2B mühitində çalışma imkanı
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi
- Güclü əməliyyat komandası ilə dəstəklənən satış mühiti
- Stabil və dinamik inkişaf edən şirkətdə uzunmüddətli əməkdaşlıq
Müraciət qaydası: CV-lərinizi “Logistics Sales Manager (B2B)” mövzu başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail [email protected] ünvanına göndərməyiniz xahiş olunur.