İnsan Resursları üzrə menecerin köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə menecerin köməkçisi

  • Deadline 4 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri

İşə başlama tarixi: Mümkün qədər tez

Müsahibə yeri: 1045  Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev  

(Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış )

Xəritədə yeri: Ətraflı bu keçiddə CSG-Binə

Web:   www.caspianservices.az 

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 08:30-dan 17:30-a kimidir
  • İstirahət: Şənbə, Bazar günü
  • Xidməti nəqliyyat vasitəsi ilə təmin etmə
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, ingilis dili – yaxşı səviyyədə;
  • Kompyuter bacarıqları: Microsoft Office, Online prosedurları həyata keçirmə bacarığı;
  • E-poçtla işləmək;
  • İşgüzar yazışmalar;
  • Danışıqların təşkili;
  • Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı; 
  • Təşkilatçılıq bacarığı; kommunikasiya bacarıqları; problemləri həll etmə bacarığı;
  • Geyim qaydalarına və geyim formasına riayət etmək;
  • Əmək intizamının yüksək olması;
  • Təhlükəsizlik qaydalarına əməl edilməsi.

Vəzifə öhdəlikləri:

  • Vəzifə təlimatına, KSƏTƏM, İR və şirkət qaydalarına əməl etməlidir; 
  • Rəhbərlik/İR üzrə menecer tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
  • İnsan resursları üzrə menecerin nəzarəti altında əmək funksiyalarını yerinə yetirmək.
  • İşi düzgün və operativ aparmaq  üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
  • İclaslarda iştirak etməli;
  • Vəzifəsi  ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Görülən işlər barədə hesabatlar təqdim etmək;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi;
  • Əməyin mühafizəsi və yanğından mühafizə, texniki təhlükəsizlik qaydalarına, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

Qeyd: 

  • İşçi, əmək  funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və düzgün olmayan məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə qəbul edilmirlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. İddia etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində  “İnsan Resursları üzrə menecerin köməkçisi”  göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildiririk ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
  • Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.
  • Daily127
  • Weekly644
  • Monthly2488