İşə qəbul tələbləri:
- Yaş: 21–28
- Dil biliyi: Azərbaycan dilində sərbəst danışıq
- Təhsil: Ali təhsil (bakalavr və ya daha yüksək dərəcə)
- İş təcrübəsi: Çağrı mərkəzi sahəsində minimum 1 il iş təcrübəsinə üstünlük verilir
- Kompüter bilikləri: MS Office proqramlarında (xüsusilə Word və Excel) işləmək bacarığı
Bacarıq və keyfiyyətlər:
- Aktiv dinləmə bacarığı
- Gərgin iş şəraitində işləmək bacarığı
- Aydın və düzgün tələffüz, səlis nitq və nəzakətli ünsiyyət bacarığı
- Növbəli iş qrafiki ilə işləmək imkanı
Təklif olunan üstünlüklər:
- Əmək haqqı: 800 AZN (əlavə iş saatları ayrıca ödənilir)
- Könüllü tibbi sığorta
- Fitnes mərkəzlərindən istifadə imkanı
- Nahar ilə təminat
- Mobil nömrə və danışıq limiti ilə təminat
- Şirkət tərəfindən nəqliyyat xidməti
- Həftədə 5 iş günü, növbəli iş qrafiki
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.