Biz məhsullarımızın onlayn kanallar vasitəsilə tanıdılması, reklam kampaniyalarının idarə edilməsi, veb-sayt trafikinin artırılması və SEO nəticələrinin yaxşılaşdırılması üçün Digital Marketing Manager axtarırıq.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
- İş qrafiki: Tam iş günü
Əsas vəzifələr
- Google Ads, Meta Ads və digər rəqəmsal reklam kampaniyalarının hazırlanması və idarə edilməsi
- Şirkət məhsullarının onlayn platformalarda tanıdılması və satışa dəstək kampaniyalarının həyata keçirilməsi
- Veb-saytın SEO göstəricilərinin yaxşılaşdırılması və axtarış sistemlərində görünürlüğün artırılması
- Sosial media kanalları üçün kontent planının hazırlanmasında iştirak
- Reklam büdcəsinin effektiv idarə edilməsi və nəticələrin analiz edilməsi
- Veb-sayt trafikinin, konversiyaların və kampaniya nəticələrinin izlənməsi
- Google Analytics, Search Console və digər analitika alətləri ilə hesabatların hazırlanması
- Rəqiblərin rəqəmsal marketinq fəaliyyətlərinin izlənməsi və təhlili
- Marketinq meneceri və satış komandası ilə birlikdə məhsul tanıtım strategiyalarının hazırlanması
- E-commerce və onlayn satış kanallarının inkişafına dəstək verilməsi
Tələb olunan bilik və bacarıqlar
- Digital marketing sahəsində minimum 3 il iş təcrübəsi
- Google Ads, Meta Ads və SEO üzrə praktiki biliklər
- Google Analytics və Google Search Console ilə işləmə bacarığı
- Sosial media reklamları və hədəfləmə prinsiplərini bilmək
- Veb-sayt trafikini və reklam nəticələrini analiz etmək bacarığı
- Kontent, açar sözlər və SEO optimizasiya üzrə anlayış
- Kreativ düşüncə və nəticəyönümlü yanaşma
- Büdcə planlaşdırılması və reklam xərclərinin effektiv idarə edilməsi bacarığı
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; ingilis dili üstünlükdür
- Komanda ilə işləmək və müxtəlif şöbələrlə koordinasiya bacarığı
Üstünlük veriləcək bacarıqlar
- E-commerce layihələrində iş təcrübəsi
- Email marketing, remarketing və CRM kampaniyaları üzrə biliklər
- Google və TikTok, Instagram və digər sosial media platformalarında reklam təcrübəsi
- Canva, Photoshop və ya digər dizayn alətləri ilə ilkin işləmə bacarığı
Biz təklif edirik
- Stabil və inkişaf edən şirkətdə iş imkanı
- Peşəkar komanda ilə əməkdaşlıq
- Rəqəmsal marketinq sahəsində inkişaf imkanı
Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Email mövzusunda qeyd edin: Digital Marketing Manager.