İş yeri: Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
İş qrafiki: Tam iş günü
Əsas tələblər
- Ofis meneceri, inzibati idarəetmə və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi
- Gündəlik ofis işlərinin təşkili, sənədləşmə və işgüzar yazışmalar üzrə təcrübə
- Azərbaycan, ingilis və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı
- MS Office proqramları — Word, Excel, Outlook, PowerPoint ilə sərbəst işləmək bacarığı
- Rəsmi yazışma, sənəd dövriyyəsi və görüşlərin təşkili sahəsində praktiki biliklər
- Tapşırıqları vaxtında və dəqiq icra etmək, prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
- Ünsiyyətcil, məsuliyyətli, diqqətli və yüksək təşkilatçılıq qabiliyyətinə malik olmaq
- Məxfi məlumatlarla işləmə bacarığı və iş proseslərinə peşəkar yanaşma
Öhdəliklər
- Şirkətin gündəlik ofis və inzibati iş proseslərinin təşkili və koordinasiyası
- Daxili və xarici yazışmaların aparılması, sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi
- Rəhbərliyin gündəlik iş qrafikinin koordinasiyasına dəstək, görüşlərin və zənglərin təşkili
- Rəhbərliyin tapşırıqlarının vaxtında icrası və icra vəziyyətinin izlənilməsi
- Görüşlər, iclaslar və işgüzar səfərlərlə bağlı təşkilati məsələlərin koordinasiyası
- Təchizatçılar, tərəfdaşlar və digər əlaqədar şəxslərlə operativ kommunikasiyanın aparılması
- Ofis üçün zəruri ləvazimatların, xidmətlərin və inzibati ehtiyacların təmin olunmasına nəzarət
- Şirkətin təşkil etdiyi və ya iştirak etdiyi tədbirlərin planlaşdırılması, təşkili və koordinasiyası
- Qonaqların qarşılanması, görüş otaqlarının hazırlanması və ümumi ofis mühitinin nizamlı
- Saxlanılması
- Müxtəlif hesabatların, təqdimatların və daxili sənədlərin hazırlanmasına dəstək
Şərtlər:
- Rəsmi əmək müqaviləsi
- Yanacaq və telefon xərcləri şirkət tərəfindən qarşılanır
Maraqlanan namizədlər CV-ni mövzu yerində “Ofis Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin.