Auditor

  • Истекает 11 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Filial və mağazalarda planlı və plandankənar audit yoxlamaların həyata keçirilməsi; 
  • Məhsul sayımlarının təşkili, inventar fərqlərinin araşdırılması;
  • Satış menecerləri birlikdə hesablaşmaların həyata keçirilməsi və uyğunsuzluqların aradan qaldırılması;
  • Mühasibat uçotu sənədlərinin düzgünlüyünün və daxili prosedurlara uyğunluğunun yoxlanılması; 
  • Satış, anbar və debitor borcları üzrə nəzarət etmək;
  • Faktiki qalıqlarla sistem uyğunliğunun yoxlanması; 
  • Debitor borclarının yoxlanılması və nəzarətdə saxlanması; 
  • Audit nəticəsində gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması; 
  • Anbar və satış nöqtələrində daxili nəzarət prosedurlarına nəzarət edilməsi;
  • Audit yoxlamalarının nəticələri üzrə akt, protokol və digər sənədlərin hazırlanması; 
  • Audit zamanı aşkarlanan problemlərin araşdırılması və həlli tədbirlər görülməsi; 
  • Rəhbərliklə bağlı digər tapşırıqların icra edilməsi
  • Müştərilərdə mövcud olan stok qalıqlarının yoxlanılması və hesabatların hazırlanması 

Tələblər

  • Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznes idarəçiliyi üzrə);
  • Mühasibat uçotu üzrə bilikləri;
  • Analitik düşünmə, detallara diqqət və problem həll etmək;
  • Hesabat materialları və məlumatların təhlilini həyata keçirmək; 
  • Ezamiyyətlərə açıq olmalı;
  • Şəxsi avtomobilin olması vacibdir;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;  
  • ERP proqramlarında(1C və ya Logix.) işləmək bacarığı;

İş şərtləri:

  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • İşyeri: Bakı şəhəri;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Auditor” qeyd etməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly652
  • Monthly2037