Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 26 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət haqqında:    

Caspident MMC 1995-ci ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir. Caspident Amerika, Avropa və Asiyanın tanınmış firmaları ilə sıx əməkdaşlıq edir. Bunlara Kohler (Almaniya), MİS(İsrael), Geistlich(İsveçrə), Dentsply(Amerika), SanisWiss(Isveçrə), Ortho Organizers(Amerika), FGM(Brazil), CSN İndustrie (İtalya), Detax(Almaniya), D/Z (Almaniya), Faro(İtalya), Sure Endo (Koreya), GC(Yaponiya) kimi firmalar daxildir. Bütün bu firmalarla əməkdaşlıq Caspidentə öz müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və xidmət göstərməyə imkan verir. Caspident həmçinin muasir stomatologiyanın ən son yeniliklərindən olan implantologiya ilə ixtisaslaşmış və Azərbaycan İmplantologiya cəmiyətinin inkişafı üçün yeni başlayan həkimlərə kurslar təşkil etməkdədir.

İş haqqında:

  • Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət
  • Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması
  • Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu
  • Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi
  • Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
  • Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
  • Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq
  • Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi
  • İş rejimi: Həftənin 5 günü; 09:00 – 18:00 , 6-cı gün 10:00-15:00 kimi
  • Əmək haqqı: 2000 azn
  • Yaş: 30-55
  • Həm kişi, həm də qadın namizədlər müraciət edə bilər.
  • Rus dilinin olması üstünlükdür
  • Peşəkar Mühasib Sertifikatı(PMS) olması mütləqdir - sertifikat olmayan cv lərə baxılmır.

Əlavə məlumatlar:

  • Şəhər:   Bakı
  • Təhsil:    Ali
  • İş təcrübəsi:  5 il 
  • Əlaqədar şəxs:  Aygül Feyzullayeva
  • Telefon: 0125971373

Maraqlananlar elektron mail ünvanına Mühasib başlığı altında CV göndərsin.

  • Daily0
  • Weekly0
  • Monthly1537