C Caspion Construction & Procurement LLC
  • 233

Caspion Construction & Procurement LLC

Digər

Tender satınalmaları üzrə menecer

  • Deadline 5 Dekabr 2025

Namizəddən tələblər:

  • Incoterms və beynəlxalq logistika sahəsində biliklərə malik olmaq;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst, İngilis dili – intermediate səviyyəsində;
  • Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Kompüter və rəqəmsal alətlərlə işləmək bacarığı;
  • Satınalma və ya oxşar vəzifədə minimum 1 il təcrübə;
  • Böyük həcmli məlumatlarla işləmək bacarığı, texniki və kommersiya göstəricilərinin analizi;
  • Texniki və analitik düşüncə tərzi, avadanlıqların texniki xüsusiyyətlərini və sənədləri anlamaq qabiliyyəti;
  • İnternetdə məlumatların axtarışı və analizi, mənbələrin etibarlılığını qiymətləndirmək bacarığı;
  • Süni intellekt alətləri, o cümlədən ChatGPT ilə işləmək bacarığı (informasiya analizi və sənədlərin hazırlanması üçün);
  • Logistika və mal müşayiətedici sənədlər (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) haqqında biliklər;
  • Diqqətlilik, məsuliyyət və vaxt məhdudiyyətləri (deadline) şəraitində işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Tapşırılan məhsullar üzrə bazarın və potensial təchizatçıların araşdırılması;
  • Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili;
  • Məhsulların həcminin, logistika sxemlərinin və konteyner yerləşdirilməsinin hesablanması;
  • Məhsulun maya dəyərinin müəyyən edilməsi (daşıma, gömrük və digər xərclər daxil olmaqla);
  • Təchizatçılar və tərəfdaşlarla daimi əlaqələrin saxlanılması;
  • Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin hazırlanması və yoxlanılması;
  • Satınalmalar üzrə məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanması;
  • Tapşırıqların icra müddətlərinə və tender sənədlərinin tələblərinə nəzarət;
  • Böyük məlumat bazaları və texniki göstəricilərlə işləmək;
  • Analitik məlumatların işlənməsi və rəhbərlik üçün təkliflərin hazırlanması.

İş şəraiti

  • Əmək haqqı: 1000–1500 AZN (Netto, vergi çıxıldıqdan sonra);
  • Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
  • şirkət hesabına kompleks nahar verilir;
  • Ödənişli məzuniyyət və dövlət bayram günlərinə uyğun istirahət günləri;
  • 1 aylıq ödənişli təcrübə (staj) müddəti;
  • Layihələrin qazanılması halında bonuslar;
  • Yaxşı iş performansına əsasən hər il əmək haqqının artırılması nəzərdə tutulur.
  • Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir.
  • Tenderin qazanılması halında bonuslar nəzərdə tutulur.
  • İşə qəbul edilməzdən əvvəl 1 aylıq məcburi, ödənişli staj (təcrübə) müddəti nəzərdə tutulur.
  • Şirkətdə 1 il işlədikdən sonra əmək haqqının artırılması nəzərdə tutulur.

Öz CV-nizi yalnız WhatsApp vasitəsilə +994 51 378 37 76 nömrəsinə göndərin (zəng etməyin).
Zəhmət olmasa, CV-nizi yalnız yuxarıdakı bütün tələblərə uyğun olduğunuz halda göndərin.

  • Daily59
  • Weekly416
  • Monthly437