Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: Maliyyə üzrə ali təhsil;
- Təcrübə: 2 il
- Texniki bacarıq:
- Mühasibat proqramlarını bilmək və kompüterdə işləmək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə bacarığı
Öhdəliklər:
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
- Hesab və elektron qaimə-fakturalarının yoxlanılması;
- Debitor və kreditorlarla üzləşmələrin aparılması;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğinin hesablanmasının həyata keçirilməsi;
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək, anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək, anbar sayımı və stok nəzarətini həyata keçirmək;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun cəmiyyətin siyasətinə uyğunluğunu təmin etmək
Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Kollektivlə işləyə bilməli.
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mal-material üzrə aparıcı mühasib” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.