Caspos MMC Caspos MMC
  • 225

Caspos MMC

IT

Proqram təminatının yazılımı və istifadəçi təlimlərinin keçirilməsi üzrə Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Proqram təminatının yazılımı və istifadəçi təlimlərinin keçirilməsi üzrə Mütəxəssis

  • Истекает 6 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə və məsuliyyətlər:

  • Sahibkarlara məxsus avadanlıqları yoxlamaq və yararlılığı barədə rəy vermək;
  • Proqram təminatının müştərinin kompüterinə quraşdırılmasını, kassa və digər avadanlıqların sazlanmasını, lisenziyanın verilməsini (yerində və ya distant) təmin etmək;
  • Sahibkarlara proqram təminatından istifadə ilə bağlı təlimlərin keçirilməsi (yerində və ya distant);
  • Müştəri tərəfindən təqdim edilən elektron məhsul siyahısının (Excel formatında) sistemə daxil edilməsi;
  • CMT üzərindən təhvil verilən xidmətlərin təsdiqlənməsi;
  • Proqram təminatında yaranan problemlərin operativ həlli, mümkün olmadıqda rəhbər şəxsə vaxtında məlumat verilməsi;
  • Vəzifə təlimatından kənar danışıqlar aparmamaq və qərarlar qəbul etməmək;
  • Gündəlik və aylıq hesabatların tabe olduğu rəhbərə təqdim edilməsi;
  • Vəzifə təlimatına uyğun digər tapşırıqların icrası.

Tələblər:

  • Ali təhsil;
  • Microsoft Office proqramları (xüsusilə Excel) üzrə biliklər;
  • 1C 8.3, ERP və oxşar proqramlarla işləmə bacarığı;
  • Kassa aparatları (NKA), POS terminallar və əlaqəli avadanlıqların (printer, skaner və s.) texniki xüsusiyyətləri barədə anlayış;
  • HTTP sorğuları haqqında baza bilikləri;
  • Kompüterlə aktiv işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili(arzu olunan);
  • Minimum 1 il iş təcrübəsi.

Fərdi keyfiyyətlər:

  • Problemləri yalnız müəyyən etməklə kifayətlənməyib həll yolları təklif etmək bacarığı;
  • Diqqətlilik və məsuliyyətlilik;
  • Satış hədəflərinə fokuslanmaq və aktiv iş rejimində çalışmaq;
  • Tapşırıqları operativ icra etmək bacarığı;
  • Mövcud müştəri bazası ilə işləmək;
  • Yeni müştəri bazalarının araşdırılması.

Əlavə məlumat:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük, 09:00–18:00;
  • Korporativ nömrə və danışıq balansı;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly672
  • Monthly679