Catering 145 Group Catering 145 Group
  • 850

Catering 145 Group

Sənaye

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 21 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

145 Group MMC 2003-cü ildə təsis olunmuş və bu gün restoran, hospitality və catering sahəsində aparıcı şirkətlərdən biri kimi fəaliyyət göstərir. Şirkət portfelinə “Çay Evi”, “Çay Bağı”, “Malacannes”, “Terrace”, “Balkon”, “Mardacannes”, “Metropol”, “Passage”, “Green Garden” kimi 10-dan çox tanınmış restoran, butik otel Sultan Inn, premium şokolad brendləri Shansall və Chocobon, eləcə də offshore və onshore layihələr üçün tam təchizatlı catering xidmətləri daxildir. Şirkətin adı ilk layihəsi olan, 145 nömrəli ünvanda fəaliyyətə başlayan çay evindən qaynaqlanır. Həmin gündən etibarən 145 Group milli və Avropa mətbəxinin uğurlu sintezi, yüksək keyfiyyətli çay təqdimatı və özünəməxsus nargilə mədəniyyəti ilə fərqlənir. 145 Group müasir yanaşmalar tətbiq etməklə müştəri məmnuniyyətini artırmağı, yüksək keyfiyyət standartlarını qorumağı və davamlı inkişaf prinsipləri əsasında fəaliyyətini genişləndirməyihədəfləyir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat əməliyyatlarının gündəlik olaraq müvafiq proqram təminatında aparılmasına nəzarət;
  • Mal-material ehtiyatlarının, əsas vəsaitlərin və digər aktivlərin uçotunun aparılmasına nəzarət;
  • Vergi Məcəlləsinin və digər qanunvericiliklərin tələblərinə uyğun olaraq vergi və DSMF hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi;
  • Dövlət orqanlarına təqdim olunan məcburi (statistika və digər) hesabatların hazırlanması və təqdim edilməsi;
  • Mühasibat proqramında qalıqların düzgünlüyünün, etibarlılığının və aktuallığının təmin edilməsi;
  • Təhvil-təslim aktlarının və e-qaimələrin uçot məlumatları ilə uyğunlaşdırılmasına nəzarət;
  • Debitor və kreditor borclarının (AR/AP) izlənilməsi, üzləşmələrin aparılması və vaxtında bağlanılmasının təmin edilməsi;
  • Bank əməliyyatlarının uçotu, bank üzləşmələrinin aparılması və pul vəsaitlərinin hərəkətinə nəzarət;
  • Təchizatçılarla maliyyə məsələləri üzrə yazışmaların aparılması və uyğunsuzluqların aradan qaldırılması;
  • Ay sonu və il sonu bağlanış proseslərində iştirak (xərclərin analizi və maliyyə yoxlamaları daxil olmaqla);
  • Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasında iştirak və uyğunluğun təmin edilməsi;
  • Daxili və xarici auditlərdə iştirak və auditorlarla əməkdaşlıq;
  • Əməliyyat və satınalma komandaları ilə koordinasiya edərək proseslərin düzgün icrasını təmin etmək;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesab ödənişlərinin hesablanması və ödənilməsi;
  • Əmək haqqı kartlarının sifarişi;
  • Müqavilələrin hazırlanmasında iştirak;
  • E-qaimələrin uçotu (akt və hesab-fakturaların hazırlanması) və İİKO proqramı ilə üzləşmələrin aparılması;
  • Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının icrası.

Tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə biliklər;
  • Müvafiq sahə üzrə minimum 3–4 il iş təcrübəsi;
  • Peşəkar sertifikatlar üstünlükdür (ACCA, PMS və s.);
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • İİKO proqramını bilmək mütləqdir;
  • 1C mühasibat proqramı ilə iş təcrübəsi;
  • Analitik düşüncə, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Müstəqil işləmə və çoxsaylı tapşırıqları effektiv idarə etmə bacarığı.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00 – 18:00;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
  • Əmək haqqı: razılaşma əsasında.

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Baş Mühasib” vəzifəsinin adını qeyd etməklə
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily54
  • Weekly178
  • Monthly2488