Vəzifə təsviri:
Camp Boss düşərgənin və ya yaşayış məntəqəsinin gündəlik idarə olunmasına cavabdehdir. O, əməkdaşların işini təşkil edir, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir, işin səmərəli və yüksək keyfiyyətlə aparılmasına nəzarət edir.
Əsas vəzifələr:
- Yaşayış, qidalanma, texniki xidmət və təmizlik işlərinə nəzarət
- Menyuların planlaşdırılması, ərzaq və təchizatın sifarişi
- Büdcənin idarə olunması, xərclərin nəzarətdə saxlanılması
- Heyətin idarə olunması, iş bölgüsünün aparılması
- Müştərilərlə və podratçılarla ünsiyyətin qurulması
- Sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunması
Tələblər və bacarıqlar:
- Ali təhsil (Qonaqpərvərlik, Kulinar sənət və ya Biznes İdarəetmə üzrə üstünlük verilir)
- Oxşar sahədə 3–5 il iş təcrübəsi (restoran meneceri və s.)
- Dillər üzrə yaxşı bilik: Azərbaycan, Rus, İngilis (yazılı və şifahi, ən azı upper-intermediate səviyyə)
- Kompüter biliyi: MS Office proqramlarında yüksək səviyyə
- İşin vaxtında və büdcəyə uyğun icra olunmasını təmin etmək bacarığı
- Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarıqları
- Stressli vəziyyətdə sakit qalmaq və operativ qərar vermək bacarığı
- Qida təhlükəsizliyi üzrə biliklər
- Standartlara uyğun prosedurların hazırlanması və sənədlərin tərtibi bacarığı
- Beynəlxalq standartların (OHSAS 18001, ISO 14001, ISO 9001) biliyi üstünlükdür
Müraciət:
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Camp Boss” mövzusu ilə göndərə bilərlər.