Catering 145 Group Catering 145 Group
  • 538

Catering 145 Group

Sənaye

Satınalma və Təchizat üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma və Təchizat üzrə Mütəxəssis

  • Deadline 15 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifəyə ümumi baxış
Bu vəzifə Catering 145 Group-un istehsalat və catering əməliyyatları üçün gündəlik və mövsümi məhsulların vaxtında və keyfiyyətli şəkildə təmin olunmasını əhatə edir. Namizəd təchizat proseslərinin idarə olunması, ehtiyacların düzgün planlanması və təchizat zəncirinin effektiv şəkildə koordinasiyasına cavabdeh olacaq. İş prosesləri istehsalat, anbar və təchizatçılarla sıx əməkdaşlıq şəklində həyata keçirilir.

Əsas vəzifə öhdəlikləri

  • Catering əməliyyatları üzrə gündəlik və mövsümi ərzaq və qeyri-ərzaq məhsullarının sifarişi və təchizatının təşkili
  • İstehsalat planına uyğun olaraq tələb olunan məhsulların vaxtında və fasiləsiz təmin olunması
  • İstehsalat və əməliyyat komandası ilə sıx koordinasiya
  • Yerli və beynəlxalq təchizatçılarla və podratçılarla danışıqların aparılması və əməkdaşlıqların qurulması
  • Ofis daxili və ofis xarici (sahə və tədarükçü) təchizat proseslərinin idarə olunması və koordinasiyası
  • Qiymət, keyfiyyət və logistika balansının analizi və optimallaşdırılması
  • Qida təhlükəsizliyi və HACCP standartlarına uyğunluğun təmin edilməsi
  • Sifarişlərin sistemə daxil edilməsi və sənədləşmə işlərinin aparılması
  • Satınalma müqavilələri və ödəniş proseslərinə nəzarət
  • Anbar və istehsalatla koordinasiya edərək stok səviyyəsinin idarə olunması
  • Bazar araşdırması və alternativ təchizatçıların qiymətləndirilməsi
  • Büdcəyə nəzarət və hesabatların hazırlanması
  • Təchizat proseslərinin effektiv idarə olunması və optimallaşdırılması
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası

Namizədə dair tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Təchizat, Qida mühəndisliyi və ya əlaqəli sahə üzrə)
  • 25-40 yaş arası bəy namizədlər
  • Restoran, catering və ya qida sənayesində minimum 3 il iş təcrübəsi
  • Qida təhlükəsizliyi standartları üzrə biliklər
  • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  • Güclü analitik düşüncə və danışıqlar aparmaq bacarığı
  • Stressə davamlılıq və nəticəyönümlülük
  • Komanda ilə işləmə bacarığı və peşəkar etika
  • Azərbaycan dili – ana dili, İngilis dili – orta səviyyə (rus dili üstünlükdür)

Biz nə təklif edirik

  • Əməkhaqqı: 1200 – 1500 AZN
  • Şirkət tərəfindən təmin olunan nahar
  • İş rejimi: həftə içi 5 iş günü, 09:00 – 18:00
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar və dəstəkləyici iş mühiti

Müraciət qaydası
CV-nizi “Satınalma və Təchizat üzrə Mütəxəssis” başlığı ilə
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan bəy namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly599
  • Monthly1692