Aparıcı Dizayn Memarı

  • Истекает 15 октябрь 2026

 

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və   turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur.

  Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın  Azərbaycan “Olive Bay”  layihəsi üçün “Aparıcı Dizayn Memarı” vəzifəsinə yüksək motivasiyalı və təcrübəli peşəkar namizəd axtarır.

 

İşin təsviri

 

Bu vəzifə memarlıq layihələrinin koordinasiyasını, müxtəlif mühəndislik sahələrinin layihə çərçivəsində inteqrasiyasını, dizayn prosesinin və layihə sənədlərinin idarə edilməsini, həmçinin layihələndirmə və tikinti mərhələrində texniki dəstəyin göstərilməsini əhatə edir. Uğurlu namizəd layihə məqsədlərinin həyata keçirilməsini təmin etmək üçün layihə komandaları, məsləhətçilər, subpodratçılar və sifarişçi nümayəndələri ilə sıx əməkdaşlıq edəcək.

·         Memarlıq, konstruksiya, mexanika, elektrik və santexnika sistemləri (MEP), interyer dizaynı və digər əlaqəli sahələr üzrə layihə paketlərinin koordinasiyasını həyata keçirmək;

·         Layihələndirmə qrafiklərini izləmək və bütün dizayn işlərinin müəyyən olunmuş müddətlərdə tamamlanmasını təmin etmək;

·         Layihə sənədlərini, çertyojları, reviziyaları və dizayn arxivini nəzərdən keçirmək və idarə etmək;

·         Təsdiqlənmiş çertyoj və layihə sənədlərinin layihə komandalarına və tikinti sahələrinə düzgün şəkildə paylanmasını təmin etmək;

·         Tikinti mərhələsində hazırlanmış işçi çertyojlarını, icra çertyojlarını və texniki təqdimat sənədlərini nəzərdən keçirmək;

·         Tikinti işlərinin son təsdiqlənmiş layihələrə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək üçün sahə komandaları ilə koordinasiya aparmaq;

·         Tələb olunduqda memarlıq detalları, kəsiklər, fasad görünüşləri və 3D vizual təqdimatlar hazırlamaq;

·         Sifarişçilər, məsləhətçilər və layihənin digər maraqlı tərəfləri üçün dizayn təqdimatları hazırlamaq və təqdim etmək;

·         Dizayn üzrə koordinasiya görüşlərini təşkil etmək, iclas gündəliyini hazırlamaq və iclas protokollarını tərtib etmək;

·         Material seçimi prosesinə dəstək göstərmək, tamamlama materialları cədvəllərini və memarlıq spesifikasiyalarını nəzərdən keçirmək;

·         Tələb olunduqda dizayn təsdiqlərini sifarişçi, məsləhətçilər və müvafiq dövlət qurumları ilə koordinasiya etmək;

·         Bütün layihə materiallarının layihə tələblərinə, texniki standartlara və müqavilə öhdəliklərinə uyğunluğunu təmin etmək.

 

Vəzifə üzrə tələblər

 

·         Memarlıq ixtisası üzrə ali təhsil;

·         Memarlıq layihələndirilməsi və dizayn koordinasiyası sahəsində minimum 7 il peşəkar iş təcrübəsi;

·         İrimiqyaslı bina, səhiyyə, hotelçilik, çoxfunksiyalı, kommersiya və ya sənaye tikintisi layihələrində iş təcrübəsi;

·         Müxtəlif mühəndislik sahələri üzrə layihələrin koordinasiya prosesləri haqqında geniş bilik;

·         AutoCAD proqramında yüksək səviyyədə işləmək bacarığı;

·         MS Office proqramlarını yaxşı səviyyədə bilmək;

·         Rhino, Photoshop, Revit, Navisworks və ya BIM platformaları ilə iş təcrübəsi üstünlük hesab olunur;

·         İngilis dilində sərbəst ünsiyyət bacarığı;

·         Güclü təqdimat, ünsiyyət, koordinasiya və problem həll etmə bacarıqları;

·         Beynəlxalq layihələrdə iş təcrübəsinə üstünlük verilir.

 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı Dizayn Memarı” qeyd etməklə 15 oktyabr 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

  • Daily39
  • Weekly559
  • Monthly2271