CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Elektrik İşləri Sahə Mühəndisi axtarırıq.
İşin təsviri:
· Təsdiq edilmiş tətbiq layihələrinə, texniki spesifikasiyalara və iş proqramına uyğun olaraq elektrik işlərinin sahədə icrasını izləmək və koordinasiya etmək;
· Elektrik işlərinin keyfiyyət tələblərinə, şirkətin prosedurlarına, əməyin mühafizəsi qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
· Subpodratçılar tərəfindən yerinə yetirilən elektrik işlərini yoxlamaq, keyfiyyətə nəzarət qeydlərini hazırlamaq və QA/QC bölməsinə təqdim etmək;
· Subpodratçıların hazırladığı metraj, ataşman, haqq-hesab sənədlərini, material hesablamalarını və detallı iş proqramlarını yoxlamaq və izləmək;
· Sahə işləri üçün tələb olunan material, avadanlıq və digər ehtiyacları müəyyən etmək, təminat prosesini izləmək;
· Sahədə yaranan texniki məsələləri araşdırmaq, həll təklifləri vermək və zəruri texniki yoxlamaları aparmaq;
· Layihənin digər bölmələri və subpodratçılarla koordinasiyalı işləmək.
Vəzifə üzrə tələblər:
· Universitetlərin Elektrik Mühəndisliyi ixtisası üzrə ali təhsil;
· Tikinti sektorunda ən azı 3 il, ümumilikdə isə ən azı 5 il iş təcrübəsi;
· Elektrik layihələrini, tətbiq çertyojlarını və texniki spesifikasiyaları oxumaq və qiymətləndirmək bacarığı;
· Metraj, keşif və haqq-hesab prosesləri barədə məlumatlı olmaq;
· MS Office, AutoCAD və oxşar texniki proqramlardan istifadə bacarığı;
· Keyfiyyətə nəzarət, sınaq, istismara vermə və əməyin mühafizəsi prosesləri barədə bilik;
· İngilis dili biliyinin orta səviyyədə olması; yaxşı səviyyədə olması üstünlükdür;
· Analitik düşünmə, problem həll etmə, komandada işləmə və effektiv ünsiyyət bacarıqları.
İş yeri: Zağulba, Bakı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik İşləri Sahə Mühəndisi” qeyd etməklə 10 noyabr 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.