ELEKTRİK İŞLƏRİ SAHƏ MÜHƏNDİSİ

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ELEKTRİK İŞLƏRİ SAHƏ MÜHƏNDİSİ

  • Deadline 10 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Elektrik İşləri Sahə Mühəndisi axtarırıq.

 

İşin təsviri:

·  Təsdiq edilmiş tətbiq layihələrinə, texniki spesifikasiyalara və iş proqramına uyğun olaraq elektrik işlərinin sahədə icrasını izləmək və koordinasiya etmək;

·  Elektrik işlərinin keyfiyyət tələblərinə, şirkətin prosedurlarına, əməyin mühafizəsi qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;

·  Subpodratçılar tərəfindən yerinə yetirilən elektrik işlərini yoxlamaq, keyfiyyətə nəzarət qeydlərini hazırlamaq və QA/QC bölməsinə təqdim etmək;

·  Subpodratçıların hazırladığı metraj, ataşman, haqq-hesab sənədlərini, material hesablamalarını və detallı iş proqramlarını yoxlamaq və izləmək;

·  Sahə işləri üçün tələb olunan material, avadanlıq və digər ehtiyacları müəyyən etmək, təminat prosesini izləmək;

·  Sahədə yaranan texniki məsələləri araşdırmaq, həll təklifləri vermək və zəruri texniki yoxlamaları aparmaq;

·  Layihənin digər bölmələri və subpodratçılarla koordinasiyalı işləmək.

 

Vəzifə üzrə tələblər:

·  Universitetlərin Elektrik Mühəndisliyi ixtisası üzrə ali təhsil;

·  Tikinti sektorunda ən azı 3 il, ümumilikdə isə ən azı 5 il iş təcrübəsi;

·  Elektrik layihələrini, tətbiq çertyojlarını və texniki spesifikasiyaları oxumaq və qiymətləndirmək bacarığı;

·  Metraj, keşif və haqq-hesab prosesləri barədə məlumatlı olmaq;

·  MS Office, AutoCAD və oxşar texniki proqramlardan istifadə bacarığı;

·  Keyfiyyətə nəzarət, sınaq, istismara vermə və əməyin mühafizəsi prosesləri barədə bilik;

·  İngilis dili biliyinin orta səviyyədə olması; yaxşı səviyyədə olması üstünlükdür;

·  Analitik düşünmə, problem həll etmə, komandada işləmə və effektiv ünsiyyət bacarıqları.

 

İş yeri: Zağulba, Bakı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik İşləri Sahə Mühəndisi” qeyd etməklə 10 noyabr 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

  • Daily104
  • Weekly104
  • Monthly2079