Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycan, Bakı şəhərində həyata keçirdiyi Olive Bay Layihəsi üçün “İT Əməkdaşı” axtarırıq.
Ümumi tələblər:
- İngilis dilini yaxşı səviyyədə bilmək və sərbəst danışmaq;
- Texniki sənədlərlə işləməyə imkan verəcək səviyyədə texniki ingilis dili biliyinə malik olmaq;
- Tikinti sahəsində (şantiyədə) iş təcrübəsinə üstünlük verilir;
- Son istifadəçilərə kompüter və proqram təminatı üzrə texniki dəstək sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
- Şəbəkə texnologiyaları (Switch, Router, Access Point və s.) və strukturlaşdırılmış kabelləşdirmə üzrə bilik və təcrübəyə malik olmaq;
- Active Directory, Group Policy, DHCP və DNS texnologiyaları üzrə praktiki bilik və iş təcrübəsinə malik olmaq;
- Windows Server əməliyyat sistemlərinin idarə olunması üzrə bilik və təcrübəyə malik olmaq;
- Son istifadəçilərə həm yerində (On-site), həm də uzaqdan (Remote) texniki dəstək göstərə bilmək;
- Office 365 məhsul ailəsi və idarəetməsi üzrə təcrübəyə malik olmaq;
- Üstünlük verilir: ITSM proqramları (Jira, ManageEngine və s.) ilə iş təcrübəsi olan və IT xidmətlərinin idarə olunması (ITSM) proseslərini bilən namizədlərə;
- Kompüter avadanlıqları, printerlər və digər periferiya qurğularında nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə texniki bilik və bacarıqlara malik olmaq;
- Windows və Mac əməliyyat sistemləri ilə işləmək bacarığına malik olmaq;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığına sahib olmaq;
- Analitik düşünmə qabiliyyətinə malik, həll və nəticə yönümlü olmaq, intensiv iş mühitində səmərəli fəaliyyət göstərə bilmək;
- Çevik iş qrafikinə uyğunlaşa bilmək.
İşin təsviri:
- Layihə çərçivəsində bütün IT infrastrukturuna, kompüterlərin quraşdırılmasına və IT periferiya avadanlıqlarına (printer, video konfrans avadanlığı, IP telefon, proyektor və s.) texniki dəstəyin göstərilməsi və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- ITSM sistemi vasitəsilə daxil olan istifadəçi müraciət və nasazlıqlarının qeydiyyata alınması, operativ şəkildə həll olunmasının təmin edilməsi;
- Mərkəzi IT komandası ilə koordinasiyalı işləyərək şirkətin ümumi IT siyasətlərinin layihə üzrə tətbiqinin təmin edilməsi;
- Avadanlıq inventarının idarə olunması, ehtiyat hissələri və sərf materiallarına olan tələbatın planlaşdırılması;
- Müştəri məmnuniyyəti prinsipini əsas tutaraq istifadəçilərin mövcud proseslər və görülən tədbirlər barədə məlumatlandırılması, müraciət və nasazlıqların tam həll olunana qədər izlənilməsi;
- Şəbəkə texnologiyaları və strukturlaşdırılmış kabelləşdirmə sistemlərinin quraşdırılması, texniki dəstəyinin göstərilməsi və fasiləsiz işlək vəziyyətdə saxlanılması.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "İT Əməkdaşı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.