MEXANİK İŞLƏR MÜHƏNDİSİ

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

MEXANİK İŞLƏR MÜHƏNDİSİ

  • Deadline 10 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

 

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Mexanik İşlər Mühəndisi axtarırıq.

 

İşin təsviri:

 

·  Layihənin əsas iş proqramına uyğun olaraq mexaniki işlərin sahədə icrasını izləmək və koordinasiya etmək;

·  Subpodratçılar tərəfindən tamamlanmış mexaniki işləri yoxlamaq, keyfiyyətə nəzarət qeydlərini hazırlamaq və QA/QC bölməsinə təqdim etmək;

·  Haqq-hesab sənədlərinə əsas olan metraj, ataşman, material hesablamaları və detallı iş proqramlarını yoxlamaq və izləmək;

·  Mexaniki işlərin şirkətin keyfiyyət tələblərinə, əməyin mühafizəsi qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;

·  Gündəlik sahə işləri üçün tələb olunan avadanlıq və material ehtiyaclarını müəyyən etmək, təminat prosesini izləmək;

·  İcra zamanı yaranan texniki problemləri araşdırmaq, həll təklifləri vermək və zəruri texniki yoxlamaları aparmaq;

·  Əməyin mühafizəsi təlimatlarına riayət etmək və məsul olduğu əməkdaşların bu qaydalara uyğun işləməsini təmin etmək.

 

Vəzifə üzrə tələblər:

 

·  Universitetlərin Maşınqayırma Mühəndisliyi ixtisası üzrə ali təhsil;

·  Tikinti sektorunda ən azı 3 il, ümumilikdə isə ən azı 5 il iş təcrübəsi;

·  Mexaniki sistemlər, mexaniki qurğuların quraşdırılması və sahə tətbiqləri barədə bilik;

·  Texniki layihələri, çertyojları və mexaniki sistem detallarını oxumaq və qiymətləndirmək bacarığı;

·  Smeta və iş həcmlərinin hesablanması,və haqq-hesab prosesləri barədə məlumatlı olmaq;

·  MS Office, AutoCAD və oxşar texniki proqramlardan istifadə bacarığı;

·  Layihə hesabatları və texniki sənədləşmə, həmçinin mexaniki sistemlərə aid texniki spesifikasiyalar, standartlar və qaydalar barədə bilik;

·  İngilis dili biliyinin orta səviyyədə olması;

·  Analitik düşünmə, problem həll etmə, komandada işləmə və effektiv ünsiyyət bacarıqları.

 

İş yeri: Zağulba, Bakı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mexanik İşlər Mühəndisi” qeyd etməklə 10 noyabr 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

  • Daily116
  • Weekly448
  • Monthly1866